Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə silsilə tədbirlər

Sumqayıtda gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə silsilə tədbirlər

Sumqayıtda gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə silsilə tədbirlər

Sumqayıtda gənclərə vətənpərvərlik ruhunun aşılanması məqsədilə silsilə tədbirlər

Gənclərdə vətənpərvərlik ruhunun aşılanması məqsədilə mədəniyyət müəssisələrində keçirilən silsilə tədbirlər davam edir.

Bu barədə "Yenisumqayit.az"a Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin mətbuat xidmətindən bildirilib.

N.Nərimanov adına Mədəniyyət Mərkəzində Fariz Əhmədovun Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərova həsr olunmuş "Portret" filminin nümayişi keçirilib. Filmin ssenari müəllifi Esmira Əyyubdur.

Filmin nümayişindən əvvəl mədəniyyət işçisi Felman Lazımov çıxış edərək Azərbaycan oğullarının qəhrəmanlığından, onların Qarabağ uğrunda müharibədə göstərdikləri şücaətdən danışıb. O bildirib ki, dünən olduğu kimi bu gün də Azərbaycan gəncləri - əsgər və zabitlərimiz düşmənə layiqli cavab verir, işğal altında olan torpaqlarımızın azadlığı üçün əzmlə mübarizə aparır, şəhid olub qəhrəmanlıq zirvəsinə yüksəlirlər. Xalq da öz qəhrəman oğullarını heç zaman unutmayacaq, hər zaman ehtiramla yad edəcəkdir.

Daha sonra mədəniyyət müəssisələrinin kollektivləri və tamaşaçılar "Portret” filmini izləyiblər.

Corat qəsəbə mədəniyyət evində keçirilən tədbirdə qəsəbə icra nümayəndəliyi və ağsaqqalları iştirak edib, çıxış edərək öz fikirlərini bölüşüblər.

Tədbirdə 7 saylı məktəbin şagirdlərinin ifasında vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər dinlənilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2018    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR