Sumqayıtda hava

Manşet, Cəmiyyət

İlham Əliyev Sumqayıt şəhərinə gəlib

İlham Əliyev Sumqayıt şəhərinə gəlib


Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış oldu. Bildirildi ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, “20 Yanvar” və “Xocalı” abidələri ucaldılıb.

Dövlətimizin başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak etdi. Prezident İlham Əliyev fabriki işə saldı, istehsal prosesini izlədi, hazır məhsullara baxdı. Azərbaycan Prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik etdi. Sonda xatirə şəkli çəkdirildi.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak etdi. Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlandı.

Daha sonra dövlətimizin başçısı beton məmulatı zavodunun açılışında iştirak etdi. Prezident İlham Əliyev zavodu işə saldı. Məlumat verildi ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. 7 istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Mart 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

KATEQORIYALAR