Sumqayıtda hava

Cəmiyyət

Muxtar Babayev Beynəlxalq Praktiki Konfransın açılışında iştirak edib

Muxtar Babayev Beynəlxalq Praktiki Konfransın açılışında iştirak edib

Muxtar Babayev Beynəlxalq Praktiki Konfransın açılışında iştirak edib

Bu gün Bakıda SOCAR-ın dəstəyi, Bakı Ali Neft Məktəbinin və Böyük Britaniyanın "Confidence Capital” şirkətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı və Neft-kimya” Beynəlxalq Praktiki Konfransının açılış mərasimi keçirilib.

SOCAR-ın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, SOCAR rəhbərliyinin təmsilçiləri, millət vəkilləri, Qazaxıstan, Türkmənistan, Türkiyə, Gürcüstan şirkətlərinin rəhbər şəxsləri, müxtəlif ölkələrdən dəvət olunmuş ekspertlər iştirak edir.

Mərasimdə Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev, BANM-nin rektoru Elmar Qasımov, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, "Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev, Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış edərək beynəlxalq konfransın məqsədlərindən və əhəmiyyətindən, ulu öndər Heydər Əliyevin Azərbaycan neft sənayesinin inkişafındakı xidmətlərindən söz açıblar, beynəlxalq konfransın işində uğurlar arzulayıblar.

Beynəlxalq konfransda 19 ölkədən 70 nəfər mütəxəssis və ekspert, Azərbaycandan isə 23 nəfəri mütəxəssis və ekspertlər olmaqla, 150-dən artıq qonaq iştirak edir. Beynəlxalq konfrans öz işini 3 gün ərzində müxtəlif mövzular üzrə 9 sessiyada davam etdirəcək. Konfrans çərçivəsində əcnəbi mütəxəssislər üçün SOCAR-ın istehsalat müəssisələrinə səfərlər təşkil ediləcək.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

KATEQORIYALAR