Sumqayıtda hava

Manşet, Cəmiyyət

“28 may” mədəniyyət evində “Vətən mənə oğul desə!...” tədbiri keçirilib

Sumqayıt şəhər "28 may” mədəniyyət evində "Vətən mənə oğul desə!...” adlı tədbir keçirilib.
Bu barədə Sumqayıt şəhər mədəniyyət və Turizm idarəsinin Mətbuat Xidmətindən bildirilib.
Tədbirdə Sumqayıt şəhər Müharibə Veteranları Cəmiyyətinin sədri Təhmiraz Mansurov, müavin Zəkəriyyə Rəhimov, "Ülfət” Əlillərin Sosial Problemlərinə Yardım İctimai Birliyinin sədri Azər Rəşidov, Qarabağ Əlillər Cəmiyyətinin üzvü Fikrət Cəbiyevin, II qrup Qarabağ əlili Rza Rüstəmovun I Qarabağ müharibəsi və hazırda cəbhədə gedən döyüş əməliyyatları haqqında düşüncələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Mədəniyyət evi nəznində fəaliyyət göstərən "Xalq Teatrı”nın kollektivinin ifasında vətənpərvərlik mövzusunda şeirlər, gənc müğənnilərin ifasında "Qarabağ şikəstəsi” və "Xarı bülbül” xalq mahnısı tədbirə xüsusi ovqat qatıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlər yad edilib.
"Yenisumqayit.az"

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR