Sumqayıtda hava

Manşet, Cəmiyyət

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

Sumqayıt şəhər 36 saylı tam orta məktəbdə "Vətən mənə oğul desə” adlı ədəbi-bədii tədbir keçirilib.

Tədbirin təşkilatçısı məktəbin ibtidai sinif müəlliməsi Mehriban İsmayılova idi. Rəhbəri olduğu 1c sinfinin körpə fidanları ilə hazırlanan tədbir dövlət himninin səslənməsi ilə başlandı.Tədbiri açıq elan edən Mehriban müəllimə bildirdi ki, uşaqlara vətənpərvərlik hissini aşılamaq, onlarda torpaq, yurd sevgisini formalaşdırmaq məqsədilə təşkil ediləni bu tədbiri hazırlamaq onun üçün həm şərəfli, həm də məsuliyyətlidir. Körpələr çox həssas olurlar, onlara saxta sevgini, saxta vətənpərvərliyi aşılamaq mümkün deyil. Ümid edirəm ki, qarşıma qoyduğum məqsədə çatmışam, şagirdlərdə vətənə sevgi, yurda bağlılıq, düşmənə nifrət hissini aşılaya bilmişəm. Son hadisələr zamanı şəhid olan vətən oğullarının şəkillərini şagirdlər ürəklərinin üstündə gəzdirirlər. İstədim ki, şagirdlər bu qəhrəmanları tanısınlar, sevsinlər. Ən önəmlisi isə unutmasınlar!

Tədbir, şagirdlərin vətən, torpaq, ana, bayraq və dilimiz haqqında söylədikləri şeirlər, ifa etdikləri mahnılarla davam etdi. Tədbirə aparıcılıq edən Mehin və Rüstəmin məharətli çıxışları, şagirdlərin ifaları alqışlarla qarşılandı.

Şəhər təhsil şöbəsinin nümayəndəsi Gülbahar xanım Haqverdiyeva çıxış edərək bildirdi ki, bu tədbir digər məktəblərə və müəllimlərə də nümunə olmalıdır. Belə tədbirlərin sayı nə qədər çox olarsa, şagirdlərdə yurd sevgisi daha da yüksək olar.

Tədbirdə çıxış edən məktəbin direktoru Ədalət Mahmudov qeyd etdi ki, tədbirin keçirilmə zamanı çox uğurludur. Son günlər cəbhədə baş verən hadisələr, ordumuzun göstərdiyi hünər və cəsarət bir daha göstərdi ki, bu vətənin hər daşını, hər qayasını, hər qarış torpağını qorumaq hər birimizin borcudur. Siz körpələrin borcu isə yaxşı oxumaq, müəllimlərin və valideynlərinizin sözünü dinləməklə etimadı doğrultmaqdır.

Tədbir "Qarabağ şikəstəsi” sədaları altında sona yetdi.


Tədbirə sözardı

Mandelştamın sözüdür: - Mən axtarmıram, mən tapıram. Mehriban xanım İsmayılova axtaran müəllim deyil, tapan müəllimdir. Və nə yaxşı ki, bu günə kimi nə tapıbsa hamısını Azərbaycan təhsilinə - sevimli şagirdlərinə verib. Onun təhsilimizə gətirdiyi yeni nəfəslə, yeni metod və bu metodu ifadə yeniliyi ilə təvazökarlığı, daxili hüzuru, təmənnasızlığı çox gözəl uyğunlaşır. Və bu uyğunluğun əvəzsiz və nadir müəllifi onun özüdür.

Mehriban xanımın təhsil sistemindəki əkək stajı 30 ildən çoxdur. Ancaq qısa həyatda onlarla müəllim görmüş, şəxsi həyatında və iş fəaliyyətində yüzlərlə insanla, bir o qədər də müəllimlə tanış olmuş biri kimi çəkinmədən və tərəddüd etmədən deyə bilərəm ki, Mehriban xanım bu gün Azərbaycan təhsilinin boyuna görə ən uca, ağlına görə ən qoca müəllimlərindəndir.

Mehriban xanım İsmayılova Beynəlxalq təşkilatların, Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi nüfuzlu seminarların iştirakçısı, Təhsil Nazirliyinin, Sumqayıt şəhər təhsil şöbəsinin fəxri fərman, diplom və sertifikatlarının sahibidir.

Mehriban xanımın təhsil metodikasında keçmişlə gələcəyin, qədim adət-ənənəylə yeniliyin çox maraqlı bir qovşağı, əvəzlənməsi var. Hansı ki, şagirdləri yormur, sıxmır, darıxdırmır. Onun xasiyyətində də bu var: qədim kəndin ən isti anları, həm də bu günün – modern şəhərin ən səmimi çalarları...

Mehriban xanım zahirən nə qədər sevimli və mehriban görünürsə, daxilən də bir o qədər (bəlkə də daha artıq) ötkəm və sərtdir. Onu tanıyan hər kəs mənimlə razılaşar hər halda. Mehriban xanım bəzən biz valideynlərə elə sərt ifadələr işlədə, bizi elə kəskin danlaya bilər ki... onda nə günah axtararsan, nə də inciyərsən...

Ancaq adım kimi əminəm ki, iki vacib nüansı heç vaxt etməz – haqqı nahaqqın ayağına verməz və ədalətsiz qərar çıxarmaz!

Mehriban müəllimə ənənələrə bağlı insandır – ancaq ənənənin heç vaxt köhnəlməyən, ən dərin qatlarına . Yenilikçidir – ancaq yeniliyin kökü, başlanğıcı heç vaxt inkar etməyən səviyyəsində. Bir sözlük danışanda, on sözlük susan insandı Mehriban xanım. Əvəzində insanın ürəyini, beynini görən – dələn gözləri danışır.

Mehriban xanım təhsildə üfiq yaradanlardandır. Təhsildə yeni məktəb yarada, yeni yol aça bilən müəllimdir. Şagirdlər, valideynlər - ən əsası isə daxili məni qarşısında alnıaçıq, üzüağdır... Ən önəmlisi isə odur ki, Mehriban müəlliməni şagirdləri sevir! Bir müəlim, bir ana, bir xanım üçünsə bundan daha gözəl heç nə yoxdur!

Gülnarə Şöhrəddinqızı,

"Möhtəşəm Azərbaycan” qəzeti

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

36 saylı məktəbdə birincilərin “Vətən mənə oğul desə...” tədbirindən FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR