Sumqayıtda hava

Cəmiyyət

H.Əliyev adına NEZ və “Azərikimya” İB-də modernizasiya tədbirləri müzakirə olunub

H.Əliyev adına NEZ və “Azərikimya” İB-də modernizasiya tədbirləri müzakirə olunub

Aprelin 28-də SOCAR-ın prezidenti Rövnəq Abdullayev Heydər Əliyev adına Neft Emalı Zavodunda olub.

SOCAR-ın məlumatına görə, işlərin vahid mərkəzdən idarəedilməsi üçün yeni tikilmiş ofisin binalarına baxış keçirən R.Abdullayevə məruzə edilib ki, obyekt, podratçı qismində layihəyə cəlb edilmiş şirkətlərin təmsilçiləri və digər mütəxəssislərin birgə fəaliyyəti üçün nəzərdə tutulub.

Sonra Rövnəq Abdullayevin rəhbərliyi ilə H.Əliyev adına NEZ və "Azərikimya” İB-nin modernizasiya və yenidənqurma tədbirləri ilə əlaqədar fəaliyyət göstərən qərargahın iclası keçirilib. İclasda "Azərikimya" İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayev də iştirak edib.

SOCAR prezidenti H.Əliyev adına NEZ-də həyata keçirilən yenidənqurma işlərinin əhəmiyyətini yüksək qiymətləndirib, layihə çərçivəsində mövcud texnoloji qurğuların modernləşdirilməsi və bəzi yeni qurğuların inşasının həyata keçiriləcəyini və bunun da nəticəsində zavodda "Avro-5” standartlarına cavab verən daha keyfiyyətli neft məhsuları istehsal olunacağını bildirib. R.Abdullayev mərhələli olaraq 2019-2020-ci illərə qədər davam etdiriləcək yenidənqurma və tikinti işləri çərçivəsində artıq bir neçə müqavilənin imzalandığını, həmçinin texnoloji layihələndirmə paketlərinin hazırlanma işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyib. İclasda layihələr üzrə görülmüş işlər barədə hesabat dinlənilib, növbəti aylarda həyata keçirilməsi nəzərdə tutulan tədbirlərə dair müzakirələr aparılıb.

SOCAR prezidenti işlərin sürətləndirilməsi ilə əlaqədar aidiyyəti struktur bölmələrinə və rəhbər şəxslərə müvafiq tapşırıqlar verib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Avqust 2017    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR