Sumqayıtda hava

Cəmiyyət

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

Aprelin 29-da "Azərikimya” İB-nin Etilen-polietilen zavodunun ərazisində Birliyin struktur bölmələrində əmələ gələn məişət və sənaye çirkab sularının təmizlənməsi qurğusunun təməlqoyma mərasimi keçirilib.

Mərasimdə SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə xanım Hüseynzadə və digər məsul şəxslər də iştirak edib.

"Azərikimya” İB-nin İcraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov Birlik müəssisələrində məişət və kimyəvi çirkab sularının idarə olunması ilə bağlı məlumat verərək bildirib ki, 1967-ci ildən bəri fəaliyyət göstərən "Təmizləyici qurgular” sahəsinin istismar müddətinin başa çatdığı, mənəvi və fiziki cəhətdən köhnəldiyi nəzərə alınaraq, müasir standartlara cavab verən yeni qurğunun tikintisi üçün layihə sənədləri SOCAR-da təsdiq edilib, qurğunun layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin satın alınması məqsədilə 2014-cü ilin noyabr ayında "Azərikimya” İB tərəfindən açıq müsabiqə (tender) elan edilib. Paralel olaraq isə 35 xarici şirkətə tenderlə bağlı sənədlər toplusu təqdim olunub. Nəticə etibarilə Türkiyənin "İdeal Atık və Su Arıtma Sistemləri” şirkəti tenderin qalibi elan olunub və 28 iyul 2015-ci il tarixində bu şirkətlə "Azərikimya” İB arasında layihələndirmə, təchizat, tikintiyə nəzarət və şef-montaj işlərinin həyata keçirilməsi ilə bağlı müqavilə imzalanıb.

Yeni qurğunun kimya sənayesi və ümumilikdə Sumqayıt şəhəri üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanan təməlqoyma mərasimində qeyd olunub ki, mövcud sutəmizləmə qurğusu 22 ha ərazini əhatə etdiyi halda, yeni qurğu cəmi 1 ha ərazidə inşa olunacaq. Layihə gücü 2500 m3/gün olan qurğuda sutka ərzində 520 m3 məişət çirkab sularınin, 1980 m3 isə kimyəvi çirkab sularının maksimum dərəcədə (dünya standartlarına uyğun) təmizlənməsi mümkün olacaq, həmçinin xeyli elektrik enerjisinə və əmək sərfinə qənaət etmək imkanı yaranacaqdır.

Mərasimdə həmçinin "Azərikimya” İB-nin müəssisələrində icra olunan digər layihələrə də toxunulub, kimya sənayesinə göstərilən diqqət və qayğıya görə respublika Prezidentinə və SOCAR rəhbərliyinə minnətdarlıq ifadə olunub.

"Yenisumqayit.az"

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

"Azərikimya” İB-də yeni sutəmizləmə qurğusu inşa edilir - TƏMƏLQOYMA

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR