Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Aprelin 29-da Sumqayıt Regional Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin təşəbbüsü ilə "Azərikimya" İB-nin Etilen-polietilen zavodunun Polietilen istehsalatının polietilenin çeşidlənməsi, qablaşdırılması və buraxılması sahəsində "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə orqan və qüvvələrinin idarə olunmasının təşkili” mövzusunda maarifləndirici tədbir və obyekt mülki müdafiə məşqi keçirilib.

Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin hərbi-ləşdirilməmiş mülki müdafiə qüvvələri ilə birgə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin, "Etalon Security” MMC-nin, respublika Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin şəxsi heyətlərinin iştirak etdiyi və SOCAR-ın Nəqliyyat İdarəsinin maşın-mexanizminin cəlb olunduğu tədbirdə Mülki Müdafiə qüvvələrinin düzülüşü, əmlak və avadanlıqların vəziyyəti nəzərdən keçirilib, şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb.

Həyəcan siqnalının verilməsi ilə mülki müdafiə və yanğınsöndürmə dəstələri, həmçinin xüsusi xilasetmə qrupları özlərini hadisə yerinə çatdırıblar. Mühəndis-kəşfiyyat qrupu tərəfindən hadisə baş vermiş ərazidəki vəziyyət barədə məlumat toplanıldıqdan, radiasiya-kəşfiyyat qrupu tərəfindən ərazinin nə dərəcədə zəhərli və radiasiya təhlükəli olması ilə bağlı Mülki Müdafiə Qərargahına məlumat verildikdən sonra işçilərinin təxliyə edilməsi, xəsarət alanların xilas edilərək təhlükəsiz əraziyə çıxarılması, ilkin tibbi yardım göstərmək üçün sanitar posta təhvil verilməsi və ağır vəziyyətdə olanların təcili yardım maşınlarında şəhərin müalicə müəssisələrinə göndərilməsi, su pərdəsi yaratmaqla xlor çəninin aşması nəticəsində xlorun ətrafa yayılmasının qarşısının alınması, elektrik, qaz və su xətlərində qəza-bərpa işlərinin aparılması əməliyyatları yerinə yetirilib.Yanğından Mühafizə Xidmətinin şəxsi heyətinin operafiv müdaxiləsi ilə yanğının hazır məhsul anbarına və digər sahələrə keçməsinin qarşısı alınmaqla yanğın söndürülüb.

Məşq müddətində bütün qüvvələr qarşılıqlı fəaliyyət göstərib, peşəkarlıq nümayiş etdirib, pərakəndəliyə və çaşqınlığa yol verilməyib. "Obyekt mülki müdafiə məşqi”ndə qarşıya qoyulmuş məqsədlərə nail olunub.

"Yenisumqayit.az"

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR

Sumqayıtda mülki müdafiə məşqindən - FOTOLAR





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2018    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR