Sumqayıtda hava

Manşet, Cəmiyyət

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

TEZLİKLƏ!

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi tezliklə şəhər və ölkə daxili tur səyahətlərinə start verir!

Tur səyahətləri zamanı səyahətçilərimiz şəhərimizin gəzməli, görməli yerlərini ziyarət etmək və istirahətlərini faydalı keçirmək imkanlarına malik olacaqlar.

Təklif edilən yerlər sırasına Sumqayıtın Tarixi Muzeyi, Heydər Əliyev Mərkəzi, Corat kəndi, Şəhidlər Xiyabanı, Göyərçin abidəsi, Rəsm Qalereyası, Nəsimi parkı, Sumqayıt Texnologiyalar Parkı, Bayraq meydanı, şəhər teatrı və s. daxildir.

Şəhərdaxili tur səyahətlərinin qiyməti məktəblilər üçün 2 manat, böyüklər üçün 3 manat müəyyən olunub. Şəhid ailələri üçün xidmət pulsuzdur.

İdarə tərəfindən həmçinin ölkə daxilində yerli və xarici turistlər üçün müxtəlif maraqlı məkanlar, gəzməli yerlər də təklif edilir.

Təklif edilən yerlər sırasına Bakı və Bakı ətrafı, eyni zamanda Xaçmaz, Quba, Şamaxı, Qəbələ, Lahıc və digər bölgələri daxildir. Bölgələrə tur səyahətlərinin qiyməti 9-30 AZN arası müəyyən olunub.

Qeyd edək ki, sifariş əsasında respublika ərazisindəki ziyarətgahlara da səfərlər təşkil olunur.

Sifariş etmək üçün aşağıdakı əlaqə nömrələrinə və internet ünvanlarına müraciət edə bilərsiniz. Sifarişlər fərdi və kollektiv şəkildə qəbul olunur.

Ünvan: Sumqayıt şəhəri, 3-cü məhəllə, N.Nərimanov küçəsi 12

Tel: 018 655 49 87, 077 481 07 09, 055 771 44 41

E-poçt: sumqayit.dct@gmail.com

"Yenisumqayit.az"

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

SUMQAYITDA BİR İLK - "City Tour" yola düşür - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR