Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda monitorinq aparılacaq

Sumqayıtda monitorinq aparılacaq


Quba, Şamaxı, Bərdə, Gəncə və Sumqayıtda küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinq aparılacaq.

AMEA Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli deyib ki, bunlar sadə işlər deyil və həyata keçirilməsi üçün təşkilati, maliyyə dəstəyi lazımdır.

Hələlik institutun belə imkanlarının olmadığını deyən Q.Məhərrəmli əlavə edib ki, bu işlər müəyyən qurumların, xüsusilə Bilik Fondunun köməyi ilə həyata keçiriləcək:
“Artıq Bakının Nəsimi və Səbail rayonunda küçə reklamları və adları, lövhələr, afişalarla bağlı monitorinq yekunlaşıb, Nərimanov rayonunda isə işlər davam edir. Hazırda iki rayonun nəticələri təhlil olunmaqdadır və bu da müəyyən vaxt tələb edir”.

Q.Məhərrəmlinin sözlərinə görə, bu il üçün ən böyük iş “Qaynar xətt”in işə salınmasıdır. O qeyd edib ki, “Qaynar xətt” monitorinq işlərinin güclənməsinə şərait yaradacaq. Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə danışıqlar aparılır: "Bu işlər dövlət proqramında qarşıya qoyulan vəzifədir və gerçəkləşdirmək vacibdir".


(APA)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR