Sumqayıtda hava

Cəmiyyət

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Sumqayıtda N.Nərimanov adına mədənyyət mərkəzində Qarabağ uğrunda döyüşlərdə canlarından keçən qəhrəman şəhidlərimizin xatirəsinə həsr olunmuş "Heç nə unudulmur, heç nə yaddan çıxmır” adlı tədbir keçirilib.

Bu barədə "Yenisumqayit.az"a şəhər Mədəniyyət və Turizm İdarəsindən bildirilib.

Tədbirdə tanınmış publisist Eyruz Məmmədov, şairlər Əşrəf Veysəlli, İbrahim İlyaslı, Xatirə Fərəcli, son 4 günlük müharibədə döyüşərək qəhrəmancasına şəhid olan Əbdülməcid Axundovun anası Ceyran Axundova, Böyük Vətən Müharibəsi veteranları, mədəniyyət və mətbuat işçiləri iştirak edib.

Şair Əşrəf Veysəlli, Eyruz Məmmədov, İbrahim İlyaslı, Xatirə Fərəcli çıxış edərək müharibənin insanlara vurduğu zərbələrdən danışıb, tarix boyu heç bir millətə xoşbəxtlik gətirmədiyini bildiriblər. Qeyd ediblər ki, müharibə yalnız bir halda qaçılmaz ola bilir, o da torpaq işğala məruz qalanda! Bizim borcumuz o torpaqları işğaldan qurtarmaq, şəhidlərin intiqamını alaraq ruhlarını sevindirməkdir.

Öz xatirələrini tədbir iştirakçıları ilə bölüşən veteranlar müharibədə qələbənin təmin olunmasında əsgər və zabitlırin döyüş əzminin, yüksək əhval ruhiyyədə olmasının vacibliyini vurğulayıblar.

Aşıq Elməddin Məmmədlinin ifasında "Misri” saz havası, müğənni Leyla Məmmədlinin ifasında "Sarı gəlin” xalq mahnısı, Asif Abdullayevin ifasında Cavanşir Quliyevin "Bura vətəndir” mahnısı, Fidan babayevanın ifasında "Sevin Azərbaycanı” şeiri tədbirə xüsusi ovqat qatıb, kövrək anlar yaşadıb.

Sonda Ceyran Axundova çıxış edərək şəhidlərin unudulmaması, onların qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasında belə tədbirlərin yüksək əhəmiyyətini vurğulayaraq tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

Şəhidlərin xatirəsinə ehsan süfrəsi verilib.

"Yenisumqayit.az"

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

Şəhidlərin xatirəsi N.Nərimanov adına mədənyyət mərkəzində anılıb

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR