Sumqayıtda hava

Manşet, Cəmiyyət

Gənclər Evində “Heydər Əliyev Şəxsiyyəti” adlı dəyirmi masa keçirildi

Gənclər Evində “Heydər Əliyev Şəxsiyyəti” adlı dəyirmi masa keçirildi

Mayın 6-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93 illiyi münasibətilə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı, Mədəniyyət və Turizm idarəsinin dəstəyi ilə "Gənclər Evi”ndə "Heydər Əliyev Şəxsiyyəti” adlı dəyirmi masa keçirilib.

Heydər Əliyev Mərkəzinin direktoru Aygün Zülfüqarlı, şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov və fəal gənclər çıxış edərək Dahi Öndərin xilaskarlıq, quruculuq missisiyasından, bütün sahələrin inkişafına, gənc nəslə qayğısından, misilsiz xidmətlərindən, Sumqayıta səfərlərindən və bu səfərlərin şəhərin inkişafına olan mühüm təsirlərindən söz açıblar.

Vurğulandı ki, bu gün prezident İlham Əliyev tərəfindən ölkəmiz siyasi sabitlik, iqtisadi yüksəliş yolu ilə hərtərəfli, dinamik inkişaf edir.

Çıxışlarda həmçinin bildirildi ki, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar cəbhədə yaranan gərginlik nəticəsində ordumuzun qazandığı zəfərlər onu göstərir ki, güclü təməl üzərində yaradılan Azərbaycan ordusu böyük qələbələr qazanmağa qadirdir.

Tədbirdə "Heydər Əliyev” adlı sənədli filmi nümayiş etdirilib, gənclərə Dahi Öndərə həsr olunan kitablar, sənədli materiallar, fotoşəkillərdən ibarət sərgi təqdim olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2018    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR