Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, "28 May” Mədəniyyət evində keçirilən "Sən elə bir zirvəsən.!” adlı musiqili tədbirdə Ə.Kərim adına "Poeziya” klubunun direktoru, şair İbrahim İlyaslı, Heydər Əliyev Mərkəzinin əməkdaşı Mətanət Əvəzli çıxış edərək umummilli liderin həyat və fəaliyyəti, o cümlədən, mədəniyyətə və şəhərimizə qayğısı haqqında məlumat verib. "Xalq Teatrı” kollektivinin ifasında ulu öndərə həsr olunmuş şeirlər, mədəniyyət evinin "Yeni Sumqayıt" ansanblının solisləri - Gülcənnət Həmzəyeva və Pərviz Gümüşovun ifasında səslənən mahnılar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Uşaq İncəsənət və musiqi məktəblərində də yubiley tədbirləri keçirilib.

F.Əmirov adına UMM-də keçirilən tədbirdə I sinif şagirdi Sara Əsədovanın ifasında "Gödəkdonu” saz havası, IV sinif şagirdi Rəhim Sədiyevin ifasında Ələkbər Tağıyevin "Azərbaycan" mahnısı tədbiri daha da rövnəqləndirib. Şagirdlərin ifasında ulu öndəri vəsf edən şeirlər söylənilib, haqqında geniş məlumat verilib.

S.Rüstəmov adına UİM-də keçirilən tədbirdə ümummilli liderin həyat və fəaliyyəti haqqında məlumat verilib, onun dövlət quruculuğu sahəsində gördüyü işlərdən danışılıb.

Q.Qarayev adına uşaq musiqi məktəbində yubiley münasibətilə yığıncaq keçirilib. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ulu öndərin keçdiyi həyat yolu barədə məlumat verilib.

YAP Sumqayıt şöbəsinin şura üzvü, "Xəzər” səhmdar cəmiyyətinin sədri Qüdrət Kərimov tədbirdə iştirak edib və ulu öndərlə bağlı xatirələrindən danışıb.

"Yenisumqayit.az"

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

Sumqayıtın mədəniyyət müəssisələrində silsilə tədbirlər keçirilib - HEYDƏR ƏLİYEV 93

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR