Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

 

6-8 may tarixlərində Hövsan Olimpiya İdman Kompleksində Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş qaydasız döyüş üzrə beynəlxalq turnir keçirilib.

Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya və s. ölkələrin idmançıları mübarizə aparıb.

Sevindirici haldır ki, turnirdə iştirak edən Sumqayıtlı gənc və yeniyetmə döyüşçülər də uğurlu nəticələr əldə edə biliblər.Belə ki, Beynəlxalq turnirdə iştirak edən Təmiz Şəhər ASC-nin sahə rəisi, Sumqayıt Universal döyüş klubunun yetirməsi, Avropa qalibi Əzim Alxaslı turnirin gümüş mükafatını qazana bilib.

Məşqçi Rəşad Yaqubovun "Yenisumqayit.az"a bildirdiyinə görə, 10-dan çox ölkə təmsilçisinin iştirak etdiyi turnirdə gənclər arasında İlkin Əsədov 1-ci, Kamal Abdullayev və Xəyal Qəhrəmanlı 3-cü yerlərə, yeniyetmələr arasında Elmin Hüseynli və Arif Zaliyev 2-ci, Nurlan Bağırov, Nicat Xıdırov və Ayxan Əsədov isə 3-cü yerlərə layiq görülüblər.

Rəşad Yaqubov yarışma ilə bağlı təəssüratlarını da bizimlə bölüşüb:

"Yarış yüksək səviyyədə təşkil olunmuşdu. Tələbələrimdən yüksək yerlər gözləyirdim və belə də oldu. Universal Döyüş Federasiyasının Sumqayıtda baş məşqçisi olaraq bütün idmançıları bu idmanla məşğul olmağa çağırıram.Vətənimizin müharibə şəraitində olmağını nəzərə alaraq düşünürəm ki, əsasən də gənclər bu idmana maraq göstərməlidirlər.Qələbəmizi Qarabağda şəhid olan hərbçilərimizə həsr edirik."

"Yenisumqayit.az"

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

Sumqayıtlı döyüşçülər Beynəlxalq Turnirdə uğurla iştirak ediblər - FOTOLAR

 

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR