Sumqayıtda hava

Manşet, Cəmiyyət

“Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib

“Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib

“Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib

“Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib

Sumqayıt şəhərində Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Gənc İstedadlara Dəstək Fondu tərəfindən həyata keçirilən "Ümummilli lider Heydər Əliyev irsi və gənclik” layihəsi çərçivəsində çap olunan "Heydər Əliyev və Sumqayıt” albomunun təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Gənc İstedadlara Dəstək Fondunun təsisçisi, əməkdar bədən tərbiyəsi və idman xadimi, Sumqayıt şəhər Bələdiyyəsinin sədr müavini Musa Həsənov Dahi Lider Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurucusu olduğunu, ulu öndərin ölkəmizi 90-cı illlərdə üzləşdiyi böhrandan çıxararaq onun inkişaf strategiyasını müəyyən etdiyini, bu strategiyanı uğurla icra etməyə başladığını qeyd edib. O bildirib ki, bu gün bu kurs ulu öndərin siyasi məktəbinin yetirməsi və davamçısı olan İlham Əliyev tərəfindən şaxələndirilərək uğurla tətbiq edilir.

Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Ceyhun Hüseynov ulu öndərin gənclərə göstərdiyi qayğıdan, layihə rəhbəri, "168 saat” qəzetinin baş redaktoru Vüsal Məmmədov isə layihə çərçivəsində keçirilən tədbirlərdən danışıb, çap olunmuş albom barədə məlumat verib.

Qeyd edək ki, fotoalbomda ulu öndər Heydər Əliyevin Sumqayıta etdiyi səfərlər fotolar və onların anatasiya xarakterli şərhi ilə təqdim edilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Sentyabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR