Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “Kitab günü” keçirilib

Sumqayıtda “Kitab günü” keçirilib

Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi, S.Vurğun adına Mərkəzi kitabxananın təşkilatçılığı ilə Nizami Gəncəvi adına Kitabxana-klubda "Sən də bir kitab oxu!” şüarı altında "Kitab günü” keçirilib.

Şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən bildirilib ki, tədbirin keçirilməsində əsas məqsəd mütaliəyə marağın artırılması, yeniyetmə və gənclərin mütaliə vərdişlərinin inkişaf etdirilməsi, kitabın gündəlik həyatımıza daxil edilməsinə nail olmaqdır.

Tədbirdə AYB Sumqayıt bölməsinin, Ə.Kərim adına Poeziya klubunun nümayəndələri, şəhər kitabxanalarının və mədəniyyət müəssisəlrinin kollektivləri iştirak edib. Gün ərzində keçirilən silsilə tədbirlərdə tanınmış yazarlarla görüş, imza mərasimləri, flaşmob, balaca oxucular üçün "Cik-cik xanım” və "Cırtdan” nağılları əsasında hazırlanmlş tamaşalar, əyləncəli viktorinalar, Azərbaycan və dünya xalq nağılları əsasında ucadan oxu maraqla qarşılanıb.

Kitabxana klubun rəsm dərnəyi üzvlərinin vətənpərvərlik mövzusunda çəkilmiş rəsm əsərləri, "Dostluq” mədəniyyət evinin dram dərnəyi üzvlərinin və S.Vurğun adına Mərkəzi kitabxananın uşaq şöbəsi və Mərkəzi Uşaq Kitabxanası oxucularının ifasında göstərilən səhnəciklər tədbir iştirakçları tərəfindən maraqla qarşılanıb.

Kitabxanaların fəal oxucuları fəxri fərmanlarla təltif olunub.

Tədbirdə müxtəlif elm sahələrini əks etdirən kitabların sərgisi, həmçinin, kitab satışı da təşkil olunub.

"Yenisumqayit.az"

 

Sumqayıtda “Kitab günü” keçirilib

Sumqayıtda “Kitab günü” keçirilib

Sumqayıtda “Kitab günü” keçirilib

Sumqayıtda “Kitab günü” keçirilib

 





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR