Sumqayıtda hava

Manşet, Cəmiyyət

Kimyaçılar Ulu öndərin doğum gününü həmrəylik iməciliyi ilə qeyd etdilər - FOTO

Kimyaçılar Ulu öndərin doğum gününü həmrəylik iməciliyi ilə qeyd etdilər - FOTO

Kimyaçılar Ulu öndərin doğum gününü həmrəylik iməciliyi ilə qeyd etdilər - FOTO

Kimyaçılar Ulu öndərin doğum gününü həmrəylik iməciliyi ilə qeyd etdilər - FOTO

Mayın 10-da "Azərikimya" İB-nin kollektivi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü böyük ruh yüksəkliyi ilə və həmrəylik iməciliyi keçirməklə qeyd ediblər. Kimyaçılar öncə dahi şəxsiyyətin Sumqayıt şəhərindəki abidəsini ziyarət edərək, abidə önünə tər güllər düzüblər.

Sonra İB-nin 400 nəfər əməkdaşının iştirakı ilə həmrəylik iməciliyi keçirilib. Təqdirəlayiq haldır ki, iməcilikdə kimyaçılarla bərabər SOCAR-Polymer zavodu, şəhər Bələdiyyəsi, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sumqayıt şəhər şöbəsi, Sumqayıt Dövlət Universiteti, respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsi, Sumqayıtın Tarixi Muzeyi və "Sosial Quruculuq” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.

İməcilik zamanı Etilen-polietilen zavodunun bioremediasia üsulu ilə təmizlənmiş 4 hektarlıq ərazidə 600 ədəd müxtəlif növ ağac əkilib, həmçinin Etilen-polietilen zavodunun və Təmir-tikinti İdarəsinin əraziləri alaq otlarından təmizlənib, ağaclara aqrotexniki qulluq göstərilib, dibləri bellənilib və ərazilərdə abadlıq işləri aparılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR