Sumqayıtda hava

Cəmiyyət

Follow the art step by step

Follow the art step by step

Ölkəmizdə müxtəlif sahələrin gündən-günə dəyişməsi və inkişaf etməsi üçün "Enactus AzMİU” komandası olaraq layihə düşündük və bir ilə yaxındır bu layihə üzərində işləyirik.

Dövlətimizdə inkişaf edən və fəaliyyət göstərən sahələrin inkişafı üçün lahiyəmizdə bir çox sahəyə aid kateqoriyalar göstərilib. Hansı ki, hər biri strateji əhəmiyyətli sahələrdir. Bu sahələrə İnformasiya Kommunikasiya Texnologiyaları (İKT), virtual aləm, mobil rabitə daxildir.Həmçinin, ölkəmizdə olan tarixi sənətlərin, əl işlərinin, qabların və s. bu kimi incəsənət məhsullarına həm yerli, həm də xarici vətəndaşlara mükəmməl şəkildə təqdim etməyi nəzərdə tutmuşuq.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Enactus AzMİU” komandasının təşəbbüsü olaraq həyata keçirmək istədiyimiz "GafGart” layihəsi "Follow the art step by step” şüarı altında yaradılaraq incəsənət məshullarının satışı üzrə elektron ticarət portalının əsasını qoymuşdur. "GafGart"ın əsas məqsədi ehtiyacınız olacaq bütün məhsulları bir məkanda yerləşdirib vətəndaşlarımızın işini asanlaşdırmaqla yanaşı dövlətimizdə olan bacarıqları tam şəkildə nümayiş etdirməkdir. Layihəmizi "GafGart" adlandırmağımızın əsas səbəbi isə "Gafgaz” və "Art” sözlərinin qısalmış forması olmaqla Qafqazdakı incəsənəti nümayiş etdirməkdir.

Əziz dostlar, sizi 15.05.2016 cı il tarixindəpin Art gallery "Karvan" keçiriləcək sərgimizə dəvət edirik. Sərgidə layihəmizin əməkdaşlarının aşağıdakı kateqoriyalar üzrə əl işləri sərgilənəcəkdir. Biz də sizlərdən biri kimi ölkəmizdəki incəsənətin nümayiş etdiriləcəyi sərgiyə dəvət edirik.

Kateqoriyalar:

Rəsm əsərləri

Musiqi alətləri

Milli geyimlər

Toxuculuq

Milli suvinerlər

Xalçalar

Gənc yazarlarımızın kitabları

Heykəltaraşlıq

Vitra





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR