Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın gənc könüllüləri təltif olundu

Sumqayıtın gənc könüllüləri təltif olundu

Sumqayıtın gənc könüllüləri təltif olundu

Mayın 13-də Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən "Gənclər Evi”ndə cari ilin yanvar-aprel aylarında elan olunan könüllülük fəaliyyətində uğurla iştirak etmiş gənclərin təltifat mərasimi keçirilib.

İdarədən "Yenisumqayit.az"a bildirilib ki, mərasimdə Sumqayıt Gənclər Evində könüllülük fəaliyyətini sona çatdırmış gənclərlə yanaşı, fəaliyyətə yeni cəlb olunan gənclər, müxtəlif sahələri təmisl edən ictimai fəal gənclər də iştirak edib.

Tədbirdə çıxış edənlər, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətindən, gənclərə göstərilən qayğıdan və yaradılan şəraitdən danışıb, iştirakçılara fəaliyyətlərində uğurlar arzulayıblar.

Bədii hissədə könüllülərin hazırladığı rəqs nümunələri nümayiş olunub, maraqlı intelektual oyunlar keçirilib.

Sonda Sumqayıt Gənclər Evinin fəaliyyətində könüllü olaraq uğurla iştirak etmiş 10 nəfər fəal gəncə Baş İdarənin könüllülük Sertifikatları təqdim olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

KATEQORIYALAR