Sumqayıtda hava

Cəmiyyət

Laçının işğalı Sumqayıtda anıldı

Laçının işğalı Sumqayıtda anıldı

Laçının işğalı Sumqayıtda anıldı

Laçının işğalı Sumqayıtda anıldı

Sumqayıt şəhər 6 saylı folklor klubunda Laçın rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş tematik gecə keçirilib.

Bu barədə Sumqayıt şəhər Mədəniyyət və turizm idarəsinin Mətbuat xidmətindən bildirilib.

Tədbiri 39 saylı orta məktəbin tarix müəllimi Nicat Həbibov açaraq Laçın rayonunun işğalı haqqında ümumi məlumat verib, mühazirə oxuyub. Tədbir iştirakçıları, Rafael Laçınlı, Ibrahim İlyasli, Asif Asiman, Elburus Qayalı çıxış edərək erməni məkri, onların Azərbaycana vurduğu zərbələr, xalqımıza yaşatdığı faciələr haqqında fikirlərini bildiriblər.

M.Ə.Sabir adına kitabxananın fəal oxuyucularının ifasında vətənə həsr olunmuş şeirlər, F.Əmirov adına 5 saylı uşaq musiqi məktəbinin müəllimləri Məlahət Şirinova, Vuqar Nəcəfovun ifasında muğam parçaları, gənc müənni Ceyhun Əhmədovun ifasında vətənpərvərlik ruhunda musiqi nömrəsi tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR