Sumqayıtda hava

Manşet, Dünya

İŞİD Bakı neftini istəyir

İŞİD Bakı neftini istəyir


İŞİD terror təşkilatının "rəsmisi" azərbaycanlı yaraqlılara çağırış edib.

Əbdül Vahid Xudayar Əhməd Azərbaycandan gələrək təşkilata qoşulan yaraqlıları tərifləyib və həmyerlilərimizi Qərbin dəstəklədiyi Azərbaycan hökumətinə qarşı silahlanmağa çağırıb.

Bu barədə "Another Western Dawn News" adlı nəşrin məqaləsində qeyd edilib. Məqalədə qeyd edilir ki, zülm Yaxın Şərq ölkələrinə ayaq açıb. Artıq məlumdur ki, İŞİD keçmiş Sovet respublikalarında vəziyyətin gərginləşməsi üzrə plan hazırlamağa başlayıb. Xüsusilə yüzlərlə insanın Suriyaya prezident Başar Əsədin qüvvələrinə qarşı müharibədə iştirak üçün yollandığı Azərbaycanda təxribatlar törətmək niyyətindədir.

Xudayar Əhməd Bakının neft yataqlarını əfsanəvi olaraq adlandırıb və bildirib ki, İkinci Dünya Müharibəsi zamanı Almaniya ona sahib olmağa çalışıb: "Biz ən qiymətli islam ölkələrindən biri olan Azərbaycanı, Bakını azad etməliyik. Şübhəsiz ki, Azərbaycan və onun təbii resurslarının İslam dünyasındakı yeri bərpa ediləcək", - deyə Xudayar deyib.

Məqalədə həmçinin qeyd edilib ki, Səudiyyə milyonçuları 1998-ci ildən Azərbaycanda gizli olaraq islam cihadçılarını maliyyələşdirib. Daha sonra isə bu cihadçıların Suriyaya axınına imkan yaradılıb.

Milli Təhlükəsizlik Nazirliyindən verilən açıqlamada vəziyyətin nəzarət altında olduğu bildirilib:
“Azərbaycan Respublikasının milli maraqlarına, mənafelərinə, təhlükəsizliyi əleyhinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir və əməliyyat şəraitinə nəzarət olunur”.


(ANS PRESS)





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR