Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə start verildi

Sumqayıtda “İnsan Hüquqları aylığı” çərçivəsində görüşlərə start verildi

Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı” çərçivəsində "Sumqayıt Gənclər Evi”ndə müxtəlif sahələri təmsil edən ictimai fəal gənclərlə görüş keçirilib.

Məqsəd insan hüquqlarının təbliğinə, gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verməkdir.

İnsan hüquq və azadlıqları haqqında videoçarx nümayiş edildikdən sonra tədbiri giriş sözü ilə açan İdarənin Gənclərlə iş sektorunun baş məsləhətçisi Ceyhun Hüseynov Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Prezident cənab İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirib, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması haqqında məlumat verib. Qeyd olunub ki, Baş İdarə tərəfindən "İnsan Hüquqları Aylığı” çərçivəsində şəhərin ali, orta - ixtisas təhsil müəssisələrində və idman təşkilatlarında silsilə görüşlərin keçirilməsi davam edəcəkdir.

Çıxış edənlər Konstitusiyamızda təsbit olunmuş insan və vətəndaş hüquqları və azadlıqlarından, BMT-nin İnsan Hüquqları Bəyannaməsi, iqtisadi, sosial və mədəni, mülki və siyasi hüquqlar haqqında Beynəlxalq sənədlər, ölkəmizdə bu sahədə aparılan islahatlar, milli insan hüquqları təsisatları, Müvəkkil təsisatının yaranması və fəaliyyəti haqqında məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Sonda iştirakçılara insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    May 2020    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR