Sumqayıtda hava

Manşet, Cəmiyyət

Qara Qarayev adına uşaq musiqi məktəbində silsilə tədbirlər keçirilib

Sumqayıt şəhər Q. Qarayev adına uşaq musiqi məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə yığıncaq keçirilib.

Yığıncağı giriş sözü ilə məktəbin direktoru İlham Məmmədov açıb. Torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib və Ulu öndərin keçdiyi həyat yolu barədə məlumat verilib. YAP Sumqayıt şöbəsinin şura üzvü, "Xəzər” Səhmdar cəmiyyətinin sədri Qüdrət Kərimov tədbirdə iştirak edib və ulu öndərlə bağlı xatirələrindən danışıb.

Bəstəkar Qənbər Hüseynlinin 100 illik yubileyinə həsr olunmuş musiqili-ədəbi tədbir də böyük maraq doğurub. Tədbirdə bəstəkarın həyat və yaradıcılığına həsr olunmuş sənədli film nümayiş etdirilib, məktəbin şagird və müəllimlərinin ifasında əsərləri dinlənilib. Bəstəkarın əsərləri rəğbətlə qarşılanıb.

Şagirdlərin dünya görüşünün artması, musiqi zövqünün formalaşdırılması məqsədilə də məktəbdə bir sıra tədbirlər keçirilib. "Vals” musiqisi mövzusunda keçirilən tədbir bu qəbildəndir. Tədbirdə "Vals”ın yaranma tarixi və inkişafı barədə geniş məlumat verilib, Avstriya, rus və Azərbaycan bəstəkarlarının yaradıcılığında vals musiqisinin əhəmiyyəti nəzərə çatdırılıb, Avropa və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Vyanada "Valsın kralı” adlandırılan İohan Ştraus haqqında ətraflı məlumat verilib.

Milli Musiqinin təbliği, uşaqları milli musiqi alətlərimizlə tanış etmək məqsədilə məktəbin fortepiano və xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin iştirakı ilə "Qar qız” uşaq bağçasında himayə konserti keçirilib. Tədbir Dövlət himnimizin ifası ilə başlanıb. Uşaqların ifasında xalq mahnıları və rəqs nömrələri böyük maraqla qarşılanıb. Sonda bağçanın müdiri Arzu Şammədova müəllim və şagirdlərə öz minnətdarlığını bildirib, uğurlar arzulayıb.

Məktəbdə həmçinin dövlətçilik ənənələrinin və insan hüquqlarının təbliği məqsədilə "Dövlətin əsas meyarı” mövzusunda tədbir keçirilib. Çıxışlar dinlənilib, sullar geniş şəkildə cavablandırılıb.

28 May - Respublika gününə həsr olunmuş hesabat konserti də böyük maraqla qarşılanıb. Konsert məktəbdə fəaliyyət göstərən bütün şöbələri əhatə edib, şagirdlərdən ibarət xor kollektivlərinin çıxışı, müxtəlif alətlərin ayrılıqda solo ifası dinlənilib. Konsertin sonunda xanəndə sinfinin şagirdlərinin ifasında məktəbin xalq çalğı alətləri ansamblının müşayiəti ilə çıxışlar tədbiri daha da rövnəqləndirib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR