Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtın 46 nömrəli uşaq bağçasında "28 May - Respublika günü" tədbiri

Sumqayıtın 46 nömrəli uşaq bağçasında "28 May - Respublika günü" tədbiri

Sumqayıtın 46 nömrəli uşaq bağçasında "28 May - Respublika günü" tədbiri

Sumqayıtın 46 nömrəli uşaq bağçasında "28 May - Respublika günü" tədbiri

Sumqayıtın 46 nömrəli uşaq bağçasında "28 May - Respublika günü" tədbiri

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, qəzetimizin baş redaktoru, şair-publisist Rafiq Odaydan şəhərimizdəki 46 nömrəli uşaq bağçasında keçiriləcək tədbirdə iştirak etmək və material hazırlamaq tapşırığı almışdım. Budur bağçanın girişindəyəm. Həddən artıq təmiz və səliqəli həyət. Budanmış və gövdələri ağardılmış ağaclar. Tərtəmiz otaqlar, gülərüzlü işçilər, təbii güllər göz oxşayır, insanın könlünü açır. Bağçada qəribə bir sakitlik hökm sürür. İlk baxışdan adama elə gəlir ki, burada kimsə yoxdur. Tədbirdən əvvəl, tədbir boyu, hətta tədbirdən sonra da bir önəmli məqamın şahidi oldum - burada hər kəs öz işinin nədən ibarət olduğunu yaxşı bilir. Kimsə kimdənsə əmr, göstəriş gözləmir. Hər şey öz axarınca gedir. Bu da bütün kollektivlərdə olması gərəkən, ancaq hər kollektivdə olmayan çox vacib xüsusiyyətdir.

Tədbir 28 may - Respublika günü münasibəti ilə təşkil olunmuşdu. Bağçanın musiqi rəhbəri Zinyət Əsədullayevanın və tərbiyəçi Əsmər Fərzəliyevanın təşkilatçılığı ilə keçirilən tədbir körpə fidanların ifasında səslənən dövlət himni ilə başladı. Daha sonra şeirlər, mahnılarla davam etdi. Balaca Fatimənin ifa etdiyi mahnı, Ayanın, Məhəmmədin, Rəvanın, Əlinin, Fidanın, Yaqubun, Zeynəbin, Kamilənin, Həvvanın, Ömər Bağıyevin, Ömər Hacızadənin, Leylanın, Damlanın, Cəlilin, Gülayın, Xədicənin, Elvinin, Ləmanın, Hüseynin söylədikləri şeirlər, kollektiv şəkildə oynanan rəqslər qonaqlar tərəfindən alqışlarla qarşılandı. Tədbirin sonunda çıxış edən Əsmər xanım Fərzəliyeva körpələrə Azərbaycan Demokratik Respublikasının tarixi barədə məlumat verdikdən sonra sözü bağçanın müdiri Sidqiyyə xanım Xıdırovaya verdi.

Sidqiyyə xanım tədbir iştirakçılarını salamladıqdan sonra tədbirin hazırlanmasında əziyyəti keçənlərə - tərbiyəçilərə, müəllimlərə, valideyinlərə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu bağçanın vətənpərvərlik ruhunda təşkil etdiyi birinci tədbir deyil və sonuncu da olmayacaq. Xüsusilə belə bir zamanda - vətən torpağının 20 faizdən çoxunun düşmən tapdağında olduğu, şəhid xəbərlərinin gəlməkdə davam etdiyi bir zamanda. Bu baxımdan körpələrə vətənə sevgi, yurda məhəbbət, düşmənə nifrət hisslərinin aşılanması ən vacib vəzifələrimizdən biri olmalıdır.

Tədbirdə çıxış edən qonaqlar - Sumqayıt şəhər Təhsil şöbəsinin metodisti Günel xanım Qiyasova, 13 saylı orta məktəbin direktoru Qədir Mikayılov, 50 №-li uşaq bağçası - körpələr evinin müdiri Təranə xanım Cəfərova, 6 saylı Folklor klubunun rəhbəri Zülfiyyə xanım Hüseynova - tədbirin gedişindən razı qaldıqlarını dilə gətirdilər və qeyd etdilər ki, bağçada nə qədər sağlam təməl qoyularsa, uşaqlara aşılanan hisslər nə qədər saf, təmiz olarsa, onlara vətənpərvərlik duyğusu nə qədər geniş təbliğ olunarsa xalqın, millətin, dövlətin gələcəyi də bir o qədər parlaq olar...

...Bir neçə saat öncə tərəddüdlə gəldiyim bir məkandan qəlbimdə böyük fərəh hissi, möhtəşəm minnətdarlıq duyğusu ilə ayrılıram.

Gülnarə Şöhrəddinqızı

"Möhtəşəm Azərbaycan" qəzeti

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR