Sumqayıtda hava

Elan

SOCAR AQŞ-dən TƏCRÜBƏ PROQRAMI - QEYDİYYAT BURADA

SOCAR AQŞ-dən TƏCRÜBƏ PROQRAMI - QEYDİYYAT BURADA

SOCAR-AQŞ MMC tələbələr üçün Təcrübə Proqramı elan edir.

Məqsəd neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak edərək, təcrübə qazanmaq imkanı yaratmaqdır. Bununla yanaşı, müəssisə, Proqramı uğurla keçmiş tələbələri gələcəkdə potensial işçi kimi dəyərləndirir.

Proqram Azərbaycanın ali təhsil müəssisələri üçün açıq elan edilir.

Təcrübə proqramı SOCAR-AQŞ-nin aşağıdakı struktur bölmələrini əhatə edir.

- Qazma Mühəndisliyi şöbəsi;

- Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi şöbəsi;

- Geoloji şöbə;

- Texniki xidmət (Energetika, Mexanika);

- İnsan resursları şöbəsi;

- Təlim və təkmilləşdirmə şöbəsi;

- Təchizat şöbəsi;

- Maliyyə şöbəsi;

- İdarəetmə sistemləri şöbəsi.

Proqramda iştirak etmək üçün ərizələrin qəbulu 15 iyun 2016-ci il tarixinə kimi davam edəcək. Proqrama təhsil müəssisələrinin 3-cü və 4-cü kurslarında və magistr dərəcəsində təhsil alan tələbələr müraciət edə bilərlər. Maraqlanan tələbələrdən müəssisənin müvafiq anket formasını yazıb doldurduqdan sonra həmin formanın skan olunmuş variantını internship@socar-aqs.com elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Ərizə formasını aşağıdakı keçiddən yükləyə bilərsiniz

http://www.socar-aqs.com/…/Intership_application_form_az.pdf.

Anket formasını göndərərkən elektron məktubun «mövzu» (subject) yerinə mütləq «Təcrübə Proqramı» və müraciət olunan struktur bölmənin adını qeyd etmək tələb olunur.

Son müraciət tarixinə qədər daxil olmuş anketlər diqqətlə nəzərdən keçiriləcək və seçilmiş tələbələr sınaq imtahanına və yekun müsahibəyə dəvət olunacaqlar.

Təcrübə Proqramını uğurla bitirən tələbələrə sertifikat təqdim olunacaq.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR