Sumqayıtda hava

Hadisə

Xızıda içərisində tələbələr olan avtobus dərəyə aşdı - ÖLƏNLƏR VAR

Xızıda içərisində tələbələr olan avtobus dərəyə aşdı - ÖLƏNLƏR VAR

Bu gün axşam saatlarında Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Region TV"-nin məlumatına görə, içərisində tələbələr olan "Hyundai” markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

Qəza nəticəsində 3 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar aparılır.

Qəzada xəsarət alanlar:

2005-ci il təvəllüdlü Nigar Kazımlı

1965-ci il təvəllüdlü İndira

Ziba Rəhimova

Lalı Rəhmanova

1950-ci il Qafar Abdullayev

1951-ci il təvəllüdlü Çaylar Mikayılov

Rasim Rzayev

Leyla Fəryadova

İsmayıl Feyzullayev

1966-cı il təvəllüdlü Əsəd Qurbanov

1954-cü il təvəllüdlü Nizami Abdullayev

İradə Əliyeva

Fərqanə Fərzəliyeva

Hədiyyə Əliyev

Vüsalə Ağabəyli.

Ölənlərdən ikisi - Sumqayıt Dövlət Texniki Kollecinin müəlimi, 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır. Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından verilən məlumata görə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən daha bir şəxs də orada dünyasını dəyişib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR