Sumqayıtda hava

Cəmiyyət

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” müzakirə edilib

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” müzakirə edilib

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” müzakirə edilib

Mayın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sumqayıt şəhər "Kotec" qəsəbə məscidində "İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.

Komitənin məlumatına görə, tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Yalçın Abdullayev, dini icmanın sədri Mirfəyaz Fəttayev, dini icmanın üzvləri, din xadimləri və ağsaqqallar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan icma sədri İslamın intihara münasibəti haqqında danışaraq bildirib ki, İslam birmənalı olaraq intihara qarşıdır. M.Fəttayev qeyd edib ki, intihar hallarının artmasına səbəb insanlarda meydana gələn mənəvi boşluqlar və ailə daxili münaqişələrdir. O, çıxışının sonunda Qurani Kərimin intiharı qadağan edən ayələrindən nümunələr gətirib.

Daha sonra çıxış edən DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Y.Abdullayev qeyd edib ki, son zamanlar uşaqlar arasında da intihar hallarının sayının artmasına səbəb valideyn-övlad münasibətlərinin pozulması və ailə-məişət zəminində yaranan problemlərdir.

Sonda iştirakçıların sualları cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR