Sumqayıtda hava

Manşet, Cəmiyyət

Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə fəxri diplom verildi - FOTO

Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə fəxri diplom verildi - FOTO

Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə fəxri diplom verildi - FOTO

Bələdiyyə sədri: "Bakıda keçiriləcək yarışlar çox fərqli olacaq".

"Prezident İlham Əliyevin idmanın inkişafında həyata keçirdiyi siyasət Azərbaycanın idman ölkəsi kimi nüfuzunu xeyli artırmaqla yanaşı, beynəlxalq yarışların ölkəmizdə keçirilməsini reallaşdırıb. 2015-ci ildə İlk Avropa Oyunlarının Bakıda keçirilməsi buna əyani sübutdur. İndi isə 17,18, 19 iyun tarixlərində biz ev sahibi kimi bir çox millətləri bir araya toplayaraq fərqli formula şousu nümayiş etdirməyi qarşımıza məqsəd qoymuşuq. Bu bir gerçəklikdir ki, Bakıda keçiriləcək "Formula-1" digər ölkələrdə baş tutan yarışlardan çox fəqlənəcək. Şəhəriçi yollarımız sürətin maksimum həddi üçün meydana çevriləcək".

Bu sözləri Gənclər və İdman Nazirliyi və Milli Karate Federasiyası tərəfindən təsis edilən "Baku Open 2016” fəxri diplomunun təqdim edilməsi mərasimində Hacı Zeynalabdin Bələdiyyəsinin sədri Elşən Məmmədov söyləyib.

Bələdiyyə sədrinə mükafatı Sumqayıt şəhəri Beynəlxalq "Shotokan Karate-Do” klubunun prezidenti, lV Dan Qara kəmər sahibi Mehman Əlirzayev Hacı Zeynalabdin Bələdiyyəsinin sədrinə təqdim edib.

Qeyd edək ki, 2015-ci ilin iyun ayının əvvəlində Gürcüstanın Tiflis şəhərində keçirilən "6th World Shotokan Championship” Dünya karate yarışmasında Hacı Zeynalabdin qəsəbəsinin idmançısı Rahim Muradov 20 saniyə ərzində erməni rəqibinə yarışda qalib gəlmiş və bu hadisə mətbuatda geniş işıqlandırılmışdı.

Qəsəbə Nümayəndəliyi və Bələdiyyəsi də bu kimi məsələlərdə idmançılara dəstək nümayiş etdirir.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 

KATEQORIYALAR