Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti

Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti

"28 May” - Respublika günü münasibətilə Ə.Bakıxanov adına uşaq incəsənət məktəbinin müəllim və şagird kollektivi Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti ilə çıxış ediblər.

Sumqayıt şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Mehman Şükürov tədbirdə çıxış edərək, şəhərimizdə aparılan tikinti, abadlıq və quruculuq işlərindən danışıb və bildirib ki, biz də bu işlərdən geri qalmamağa, şəhər sakinlərinə öz töhvəmizi verməyə çalışırıq. O, son günlər idarənin xətti ilə işə düşən yeni turizm marşrutunun açılmasını, şəhərimizin həm də bir turizm şəhərinə çevrilməsini tamaşaçıların diqqətinə çatdırıb və bildirib ki, bu uğurlar həm də turizm sahəsi ilə yanaşı mədəniyyət sahəsini də əhatə edib. Belə ki, artıq yeni tədris ilindən məktəblərimizdən biri yeni bina ilə təmin olunacaq. Heydər Əliyev Mərkəzi yeni inzibati binaya köçürüləcək. Bundan əlavə, digər mədəniyyət müəssisələrimizdə də əsaslı təmir işlərinə başlanılacaq. Və siz müəllimlərin də ən ümdə vəzifəsi şəhər rəhbərliyinin sizə göstərilən etimadını doğrultmaq, şəhərimiz, ölkəmiz üçün savadlı, istedadlı musiqiçilər yetişdirməkdir. Məktəblərdə yeni kollektivlərin yaranmasını yüksək qiymətlndirən Mehman Şükürov kollektivi və tamaşaçıları bayram münasibətilə təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Məktəbin xor kollektivinin və gənc solistlərin ifasında bəstəkar və xalq mahnıları, xalq çalğı alətləri və nağaraçalanlar ansambllarının, qızlardan ibarət rəqs qrupunun və "Fidanlar” rəqs kollektivinin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Fortopiano sinfi şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri maraqla dinlənilib.

"Yenisumqayit.az"

Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti

Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti

Bülbül adına uşaq incəsənət məktəbində hesabat konserti

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR