Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt bulvarında bayrağımız ucaldıldı – FOTO (VİDEO)

Sumqayıt bulvarında bayrağımız ucaldıldı – FOTO (VİDEO)

Sumqayıt bulvarında bayrağımız ucaldıldı – FOTO (VİDEO)

Sumqayıt şəhərində ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan ərazidə şəhər bulvarının salınması işləri sürətlə davam etdirilir. Artıq bulvarın bir kilometrlik hissəsində işlər tamamlanmaq üzrədir.

Bulvarda yeni yaradılan bayraq meydanında da işlər yekunlaşmaq üzrədir. Burada ucaldılan bayraq dirəyinin hündürlüyü 40 metrdir.

Qeyd edək ki, bulvarda şəhər sakinlərinin piyada gəzintisi, kiçikölçülü gəzinti avtobusları və avtomobil yolu ilə yanaşı velosiped idmanı ilə məşğul olmaq istəyənlər üçün də eni 3 metr olan xüsusi hərəkət zolağı salınır. Bununla yanaşı bulvarda istirahət obyektləri, atraksionlar, ticarət və əyləncə mərkəzləri, kinoklub, idman infrastrukturu inşa ediləcək, çimərlik zonasında da əsaslı işlər görülərək sakinlərin istifadəsinə veriləcək.

Sahil hissədə estakadalar qurulacaq və şəhərin akvatoriyasında gəzinti gəmilərinin hərəkəti təmin olunacaq. Sumqayıtda yeni dənizkənarı bulvar sakinlərin istifadəsinə verildikdən sonra şəhərin simasını tamamilə dəyişəcək.

"Yenisumqayit.az" "sumqayitxeber.com"a istinadla bulvardan hazırlanan reportajı təqdim edir:

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    May 2017    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR