Sumqayıtda hava

Cəmiyyət

“Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir

“Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir

“Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir

İyunun 6-da DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin və Qubadlı Rayon İH-nin birgə təşkilatçılığı ilə Qubadlı rayonu Mərdanlı kənd tam orta məktəbində "Multikulturalizm radikalizmə qarşı mübarizədə Dövlət Siyasəti kimi” mövzusunda tədbir keçirilib.

Tədbirdə Qubadlı Rayon İH Aparatının İctimai-siyasi və humanitar məsələlər üzrə şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Elşən Qəhrəmanov, Mərdanlı kənd tam orta məktəbin direktoru Könül Kərimova, DQDİK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Yalçın Abdullayev, orta məktəb şagirdləri və müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Elşən Qəhrəmanov bildirib ki, ölkəmizdə birgə yaşayışın və mehriban münasibətlərin tarix boyu möhkəmlənməsi və milli-mənəvi dəyərə çevrilməsi bu gün də davam etməkdədir. Bizə məxsus olan bu dəyərlər sistemi dünyada dini və milli zəmində baş verən qarşıdurmaların qarşısının alınması istiqamətində mühüm əhəmiyyət kəsb edir. Multikulturalizm və tolerantlıq ənənəsindən irəli gələn real faktlar dünyanın bir çox yerində alternativ nümunə kimi təqdim olunur.

Yalçın Abdullayev çıxışı zamanı dini radikalizm və onun fəsadları ilə əlaqədar məsələrə toxunub, gənclərimizin bu tipli radikal qruplara qoşulmasını pisləyərək onların fəsadları haqda məlumat verib. Qeyd edilib ki, bu zərərli qrupların əsas məqsədi ölkəmizdə ictimai-siyasi sabitliyi pozmaq, dövlətimizin hüquqi-demokratik əsaslarını sarsıtmaqdır. Çıxışının sonunda natiq bildirib ki, gənclərimiz onları dinə dəvət edən şəxslərə qarşı ehtiyatlı olmalı, əsas təhsilə üstünlük verməlidirlər.

Tədbirin sonunda çıxış edən Könül Cəfərova son dövrlərdə ölkədə dini sahədə görülən işlərdən danışıb, müsbət dəyişiklikləri müşahidə etdiklərini, radikalizm meyillərinin ciddi mənada azaldığını xüsusilə qeyd edib.

İştirakçılarının sualları cavablandırılıb.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR