Sumqayıtda hava

Manşet, Faydalı

Orucluğa niyyət necə edilir - RAMAZANA ÖZƏL

Orucluğa niyyət necə edilir - RAMAZANA ÖZƏL

Bu gecə müqəddəs Ramazan ayının ilk gecəsi - niyyət gecəsidir. Gecənin əvvəlindən sübh azanına qədər istənilən vaxt qəlbdə niyyət etməklə hər bir müsəlman Ramazan ayına başlamış olur. Niyyəti həm hər ayrıca gün üçün, həm də bütün ay üçün etmək olar.

Niyyət belə edilir (bütün Ramazan ayı üçün):

"Bir ay Ramazan ayının orucunu tuturam, vacib qürbətən iləllah”. Belə deyilsə, artıq digər gecələr niyyət edilməsinə lüzum yoxdur.

Hər gün üçün niyyət belə edilir:

"Sabah üçün Ramazan orucu tuturam, vacib qürbətən iləllah”. Belə niyyət edilirsə, o zaman niyyət hər axşam olmalıdır.

SalamNews-un verdiyi xəbərə görə, Qafqaz Müsəlmanları İdarəsinin verdiyi fətvaya əsasən bu il Ramazan ayı miladi təqvimi ilə Azərbaycanda iyunun 7-də başlayır.

Bildirək ki, Ramazan - müsəlman ay təqviminin doqquzuncusudur. Bu ay ərzində müsəlmanlar vacib buyurulmuş oruc tuturlar.

Sabah İmsak vaxtı 03.10;

Sübh azanı 03.25;

Şam namazı 20.25

Ramazan ayınız mübarək olsun!

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR