Faydalı
ORUC haqqında qısa məlumat - RAMAZANA ÖZƏL
Hər il Hicri-Qəməri təqviminin 9-cu ayı - Ramazan ayında müsəlmanlar Ramazan Orucu tutarlar. Ramazan ayı İslamda ən sevilən və müqəddəs aylardan biri sayılır, çünki bu ayda Uca Allahın müqəddəs kitabı Qurani-Kərim Məhəmməd peyğəmbərə (s.a.s.) Cəbrayıl (ə) vasitəsilə bütün insanlara çatdırılması əmrilə nazil olub.
Ramazan ayında Oruc tutmaq İslamın 5 əsas şərtlərindən biridir. Orucun mənası və dəyəri olduqca böyükdür. İnsanlar üçün bu, Allah Təala tərəfindən öz günahlarına görə bağışlanmaq, tövbə etmək üçün Rəbbimizin verdiyi böyük fürsətdir. Uca Allah buyurur ki, "Orucu mənim üçün tutursunuz və mükafatını mən verəcəyəm”.
Qafqaz Müsəlmanları İdarəsi Ramazan ayında Oruc tutmaqla bağlı bəzi qaydalara aydınlıq gətirir.
Orucu niyyət edərək başlamaq vacibdir. Bu, çox sadə bir cümlə ilə edilir:"Ramazan ayının orucunu tuturam, qürbətən iləllah!” Bu niyyət Ramazan ərəfəsində, bu ayın 1-i üçün müəyyən edilmiş sübh azanından gec olmamaq şərtilə edilir.
Bundan sonra Ramazan ayı boyunca hər gün Sübh azanından başlayaraq Məğrib azanınadək oruc tutulmalıdır. Adətən ehtiyat olaraq imsak vaxtı Sübh azanından 15-20 dəqiqə əvvəl müəyyən olunur. Biz də təqdim etdiyimiz cədvəldə imsak vaxtını Sübh azanından 15 dəqiqə əvvəl göstərdik. İmsak vaxtı gəlmədən sahura qalxaraq qida və maye qəbul etmək həm məsləhət, həm də müstəhəbdir. Bununla siz həm Ramazan orucu üçün həyat tərzinizi dəyişdirdiyinizi nümayiş etdirir, həm də orqanizminizi gün ərzində tutacağınız oruca hazırlayırsınız. Oruc tutmaq niyyətilə sahura qalxaraq yemək yeyən kəs həmin bu əməli ilə felən niyyət tutmuş olur.
Oruc Sübh azanından Məğrib azanınadək yeməkdən, içməkdən və cinsi əlaqədən imtina etməkdir. Bunlardan başqa bir neçə məqama diqqət yetirməklə həyat və məişətinizi oruc vaxtı adi qaydada davam etdirə bilərsiniz.
Gün batandan bir qədər sonra Məğrib azanı vaxtı gəlir. Bu andan etibarən İftar vaxtı başlayır. İftarınızı dua edərək, ardından da qida və maye qəbul edərək açırsınız. Duanı belə edə bilərsiniz:
"Allahım, Sənin üçün oruc tutdum. Sənin verdiyin ruzi ilə iftarımı açıram və Sənə təvəkkül edirəm. Orucumu qəbul et! Sən həqiqətən duaları eşidən, hər şeyi bilənsən. Günahlarımı bağışla, ey mərhəmətlilərin ən mərhəmətlisi!”
Həqiqətən, Ramazan ayı mərhəmət ayıdır. Bu ay ərzində Allah oruc tutanların günahlarından keçər, onlara rəhm edər. Oruc tutanlar isə, Allahın əməlini təqlid edərək bir-birinə mərhəmət etməli, bir-birini bağışlamalı, ədavətə, kinə, aralarındakı incikliyə son qoymalı, əfv diləməli, bir-biri ilə barışmalıdırlar. Bu müqəddəs ay ərzində əsəbiləşməmək, başqasını incitməkdən, bəddua, qarğış etməkdən və küfürdən, söyüşdən uzaq durmaq, həmişəkindən daha çox təvazökar olmaq üçün xüsusi səy göstərməlidir.
Allah Təala ibadətinizi, orucunuzu, bütün saleh əməllərinizi qəbul etsin! Amin!
"Yenisumqayit.az"
Bu bölmədə bənzər xəbərlər
- Orucluğa niyyət necə edilir - RAMAZANA ÖZƏL
- RAMAZAN AYI BAŞLAYIR - Fətva verildi
- Şəvval orucunun FƏZİLƏTLƏRİ VƏ ŞƏRTLƏRİ
- RAMAZANA ÖZƏL - Orucun hökmləri 5
- RAMAZANA ÖZƏL - Orucun hökmləri 4
- RAMAZANA ÖZƏL - Orucun hökmləri 3
- RAMAZANA ÖZƏL - Orucun hökmləri
- RAMAZANA ÖZƏL - Oruc tutanlar üçün qeydlər
- Oruc tutmağın faydaları və hikmətləri - RAMAZANA ÖZƏL
- İFTAR DUALARI - RAMAZANA ÖZƏL
Çox oxunan xəbərlər
Xəbər lenti
- 17:39
Kitab bağışlamaqla həyat bağışla! - XEYRİYYƏ AKSİYASI
- 17:36
Zakir Fərəcov yarmarkada - FOTOLAR
- 12:13
SUMQAYIT “ASAN XİDMƏT” KÖNÜLLÜLƏRİNDƏN MARAQLI VİDEOÇARX
- 11:43
Sumqayıtda cüdo üzrə şəhər birinciliyinə yekun vuruldu
- 11:39
Sumqayıtda konfrans: “Heydər Əliyev Azərbaycanda Gənclər siyasətinin banisidir”
- 11:13
Sumqayıtlı müəllifin statuslarından ibarət "Statusman” kitabı təqdim edilib
- 17:20
Məscid Ədəbləri
- 16:20
Gənclər Sumqayıt Texnologiyalar Parkında oldular
- 15:27
Azərbaycan və Gürcüstan gəncləri arasında əməkdaşlıq məsələləri müzakirə olunub
- 15:31
Boks üzrə Sumqayıt birinciliyinin qalibləri müəyyənləşdi
- 13:13
Zakir Fərəcov hesabat verdi - Ötən il Sumqayıtda hansı uğurlar əldə olunub?
- 13:07
Azərbaycanda məktəblilərin hazırladığı robotlar döyüşəcək
- 22:34
Sumqayıtda “Xalqımızın qəhrəmanlıq salnaməsi” adlı tədbir keçirildi
- 00:10
Sumqayıtda “İnsan təbiətini necə tanıyaq” mövzusunda təlim keçirilib
- 00:00
Şingədilan qəbristanlığında qoç heykəllər - Birinci yazı
- 23:25
“Gənc Sahibkar” layihəsinə start verilib
- 11:45
“Green on Gray” layihəsinin icrası davam etdirilir
- 00:12
Sumqayıtlı xanım idmançı İran mediasının gündəmində - FOTO
- 18:22
Şuraabad kənd tam orta məktəbində maarifləndirmə tədbiri
- 17:29
“Sağlam Gənclik üçün Narkomaniyaya Yox Deyək” adlı görüş keçirildi
- 17:26
Cüdo üzrə şəhər çempionatı başa çatdı
- 18:10
Sumqayıtda “Motivasiya” təlimi keçirildi
- 13:16
Xaricdə Təhsil Proqramları üzrə könüllük proqramı - SUMQAYITDA
- 17:10
Sumqayıtın ilk və ən böyük iş mərkəzi - SÜLH PLAZA xidmətinizdə
- 13:51
"İnsanlara sevinc bəxş etmək həyatımın qayəsidir." - Sevinc Allahyarova ilə MÜSAHİBƏ
- 17:16
Həbib Əlizadə Bakı Mühəndislik Universitetində
- 17:30
Sumqayıt Teatrında “Hökm” əsərinin səhnə versiyasına baxış keçirilib
- 17:44
Qazaxda milli-vətənpərvərlik mövzusuna həsr olunmuş tədbir keçirilib
- 18:20
MUXTAR BABAYEV: "Bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək."
- 12:46
SUMQAYITDA İŞ VAR - Nümunəçi
- 18:05
Qərbi Kaspi Universitetində "Ekoklub" yaradılıb
- 18:42
Sumqayıt Dövlət Dram Teatrı yeni mövsümün ilk uşaq tamaşasını təhvil verdi
- 14:02
Sumqayıtda şəhid Əbdülməcid Axundova həsr edilmiş QƏHRƏMAN GÜNÜ
- 11:52
Sumqayıt havasında azot 4 oksidin qatılığı normadan 1.5 dəfə artıqdır
- 15:25
Sumqayıt Texnologiyalar Parkının rəhbər heyəti Bakı Mühəndislik Universitetində
- 15:12
Cüdo üzrə Sumqayıt şəhər birinciliyinə yekun vuruldu
- 14:17
“Regionlarda gənclərin turizm bacarıqlarının inkişaf etdirilməsi” layihəsi davam edir
- 13:04
SUMQAYITDA İŞ VAR - "General English" müəllimi
- 15:32
Sumqayıtda “Cocuq Mərcanlıdan Qarabağa” adlı rəsm-sərgi müsabiqəsi keçirildi
- 14:28
Poliatlon çoxnövçülüyü üzrə Sumqayıt şəhər birinciliyinin qalibləri mükafatlandırıldı