Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

Sumqayıt şəhər N.Nərimanov adına mədəniyyət mərkəzində Şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib.

Konsertdə mədəniyyət evinin özfəaliyyət kollektivlərinin və dərnək üzvlərinin çıxışları dinlənilib.

Solistlər Mehman Əhmədov, İlkin Əlizadə, Zaur Yusifli, Kamil Ağazadə, Elvin Qasımov, Tünzalə Məmmədova, Şahin Qədirsoy, Sürəyya Əbilovanın ifasında xalq və bəstəkar mahnıları, "Zəminxarə” ansamblının çıxışı, eyni zamanda, aşıq Səbinə Gədəbəylinin ifasında saz havaları, meyxanaçı Ədalət Dağlının ifasında şəhidlərimizi vəsf edən meyxana alqışlarla qarşılanıb.

Mədəniyyət evinin "Tilsim” şou qrupunun üzvü Elşad Məmmədovun nümayiş etdirdiyi maraqlı illüziyalar və özfəaliyyət kollektivi üzvləri - Əlipaşa Paşayev və Tünzalə Məmmədovanın ifasında Ü.Hacıbəyovun "Arşın mal alan” tamaşasından parça, "Veteran” xorunun Kamil Ağazadə ilə dueti tamaşaçıların marağına səbəb olub.

Sonda tədbir iştirakçıları mədəniyyət evinin rəsm dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olublar.

"Yenisumqayit.az"

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

Sumqayıt şəhər Mədəniyyət Evinin hesabat konserti keçirilib - FOTOLAR

 





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR