Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda “İnsan hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirildi

Sumqayıtda “İnsan hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirildi

Sumqayıtda “İnsan hüquqları aylığı” çərçivəsində növbəti görüş keçirildi

Bu gün Sumqayıt şəhər İcra Hakimiyyətinin təşəbbüsü, şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Sumqayıt Gənclər Evində şəhər Prokurorluğunun, idman ictimaiyyətini nümayəndələrinin, müxtəlif sahələri təmsil edən ictimai fəal gənclərin iştirakı ilə 18 iyun - "Azərbaycanda Milli İnsan Hüquqları” gününə həsr edilmiş növbəti görüş keçirilib.

Tədbiri giriş sözü ilə Sumqayıt şəhər İH başçısının müavini Teymur Səmədov açaraq, Ulu Öndər Heydər Əliyev tərəfindən 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq olunması və məhz bu tarixin Prezident İlham Əliyevin 17 iyun 2007-ci il tarixli sərəncamı ilə Azərbaycanda "Milli İnsan Hüquqları günü” elan olunduğunu bildirib, Respublikada uğurla həyata keçirilən hüquqi dövlət quruculuğu siyasətindən, insan hüquq və azadlıqlarının layiqincə qorunması istiqamətində görülmüş işlər haqqında məlumat verib. T.Səmədov çıxışının sonunda iştirakçıları qarşıdan gələn 15 İyun - Milli Qurtuluş günü münasibətilə təbrik edərək bu günün böyük ictimai, siyasi, tarixi əhəməiyyət kəsb etdiyini, Ümumilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı ilə Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini özünə qaytardığını vurğulayıb.

Şəhər Gənclər və İdman Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov, Sumqayıt şəhər Prokurorunun köməkçisi Elşad Cəbrayılov və Sumqayıt Dövlət Universitetinin tələbəsi Fəqan Səfərəliyev çıxışlarında 18 may - 18 iyun "İnsan Hüquqları Aylığı” çərçivəsində hər il sistemli şəkildə maarifləndirici xarakterli görüşlərin gənclərin hüquqi düşüncəsinin, mədəniyyətinin inkişaf etdirilməsinə, hüquqlarının bilməsinə və müdafiəsinə töhfə verilməsindən, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyin artırması sahəsində Milli Fəaliyyət Proqramının uğurlu icrasından danışıblar.

Sonda Baş İdarə tərəfindən hazırlanmış insan hüquq və azadlıqları haqqında ilkin məlumatları özündə əks etdirən videoçarx nümayiş olunub, bukletlər paylanılıb.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR