Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda mədəniyyət müəssisələrinin hesabat konsertləri keçirilib - FOTO

Sumqayıt şəhər mədəniyyət evləri və klub müəssisələrinin hesabat konsertləri keçirilib.

Şəhər Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidmətindən "Yenisumqayit.az"a bildirilib ki, C.Cabbarlı adına mədəniyyət evində baş tutan hesabat konsertində mədəniyyət evinin özfəaliyyət kollektivlərinin çıxışı dinlənilib. Konsertdə solistlər Pənah Məmmədov, Raqib Əliyev, Vüsal İsgəndərovun çıxışı, eyni zamanda "Gənclik” ansamblının ifasında instrumental musiqilər və "Turan” rəqs kollektivinin ifasında Azərbaycan rəqsləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Corat mədəniyyət evində keçirilən hesabat konsertində "Karvan” instrumental ansamblının çıxışı, solistlər Aqil Heydərli, Aysel Həsənzadə, İlkin Cəfərli, Sunay Sultan, Nurlan Nəcəfli, Pərviz Gümüşlü, Fariz İsmayılov, Pərviz Abbasov və Təhmiraz Şirinovun ifasında bəstəkar və xalq mahnıları xoş ovqat yaradıb.

"Yenisumqayit.az"

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR