Sumqayıtda hava

Cəmiyyət

Qafqaz Universitetində ənənəvi “İlin tələbə müəllimi” müsabiqəsi keçirilib

Qafqaz Universitetində ənənəvi “İlin tələbə müəllimi” müsabiqəsi keçirilib

Qafqaz Universitetində ənənəvi “İlin tələbə müəllimi” müsabiqəsi keçirilib

Qafqaz Universitetində tələbələrin təşkil və idarə etdiyi 30-dək dərnək fəaliyyət göstərir.

2014-cü ildən bəri fəaliyyətdə olan Gənc Müəllimlər Klubunun yaranmasında məqsəd pedoqoji ixtisaslarda təhsil alan elmi və sosyal fəaliyətlərini bir arada görmək olub. Kluba rəhbərlik edən tələbə Suqra Həsənsoy bildirib ki, klubun aktiv fəaliyyəti nəticəsində bir çox önəmli layihələrə imza atmışıq. Hər il davamlı və uğurlu keçirilən bu önəmli layihələrdən biri də "İlin tələbə müəllimi” müsabiqəsidir. Hər il keçirildiyi kimi bu il də bu müsabiqə uğurla başa çatdırılıb. 1 ay davam edən müsabiqədə tələbələrimiz proffessor-müəllim heyəti qarşısında öz biliklərini nümayiş etdirdilər.

Müsabiqənin ilk mərhələsində hər bölümdən qatılan tələbələr, təyin olunmuş 15 dəqiqə vaxt ərzində öz biliklərini hazırladıqları materiallar üzrə professor müəllim heyətinin qarşısında nümayiş etdirdilər.

Birinci mərhələdə müvəffəqiyyət qazanan tələbələr, ikinci yarımfinal mərhələsinə keçərək, öz biliklərini təkmilləşdirib növbəti mərhələdə müəllimlik bacarıqlarını nümayiş etdirdilər. Final mərhələsinə qədər irəliləyən 7 tələbə pedoqoji məharətlərini nümayiş etdirib, nəticədə gərgin və eyni zamanda, maraqlı keçən bu yarışmada ilk 3 üç yerə aşağıdakı tələbələr layiq görülüb:

1. Aynur Məmmədzadə (kimya-biologiya müəllimliyi III kurs)

2. Səmra Hüseynova (biologiya müəllimliyi III kurs)

3. Sevda Məmmədova (kimya-biologiya müəllimliyi III kurs)

Yekun olaraq yarışmada iştirak edən 120 nəfər tələbəyə sertifikatlar, eyni zamanda, ilk 3 yerə layiq görülən tələbələrə layihənin sponsorları olan Hazırlıq kursları tərəfindən qiymətli hədiyyələr təqdim olunub.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Dekabr 2017    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

KATEQORIYALAR