Sumqayıtda hava

Manşet, Cəmiyyət

Bakı-Sumqayıt yolu niyə sökülür?

Bakı-Sumqayıt yolu niyə sökülür?

Bakı-Sumqayıt yolunun Ceyranbatandan keçən hissəsində söküntü işləri aparılır. Bununla bağlı artıq bir neçə gündür ki, ərazidə nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

"Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Modern.az saytına bildirib ki, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində təmir-bərpa işlərinə başlanılıb:

"Təmir-bərpa işləri yalnız bir istiqamət üzrə, daha dəqiqi Bakı şəhəri istiqamətində aparılır. Avtomobil yolu ilə hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə Baş Dövlət Yol Polisinin stasionar postuna qədər aparılacaq. İlkin olaraq işlərə sözügedən yolun 1 km-lik hissəsində start verilib. Təmir-tikinti işləri zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri və yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra karbonat materialı tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi işləri aparılacaq”.

A.Nəcəfli deyib ki, bu işlər yekunlaşdıqdan sonra yola xüsusi beton döşəyən texnika ilə 28 sm qalınlığında monolit-beton töküləcək:

"Bütün işlər "Azəravtoyol” ASC-nin rəhbərliyinin, Fövqaladə Hallar Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə dövlət agentliyinin əməkdaşlarının xüsusi nəzarəti altında yüksək keyfiyyətlə və tərtib olunmuş qrafikə uyğun olaraq aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub”.

Qeyd edək ki, işlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb. Təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə (Sumqayıt şəhəri istiqamətində) avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR