Sumqayıtda hava

Cəmiyyət

"Gənclik” klubu hesabat konserti verdi - FOTOLAR

"Gənclik” klubu hesabat konserti verdi - FOTOLAR

"Gənclik” klubu hesabat konserti verdi - FOTOLAR

"Gənclik” klubu hesabat konserti verdi - FOTOLAR

"Gənclik” klubu 4 saylı diyarşünaslıq klubu ilə birgə bir illik fəaliyyətin yekunu olaraq hesabat konserti ilə çıxış edib. Konsertdə özfəaliyyət kollektivlərinin çıxışı dinlənilib.

Gənc xanəndə Müşfiq Əliyevin ifasında muğamlar, gənc aşıq Orxan Orucovun ifasında saz havaları, solistlər Mahir Mehdiyev, Gülbahar Rzayeva, Rəvan Ağayev, Leyla Məmmədovanın ifasında xalq və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

İlham Həsənov və Gülbəniz Abbasovanın ifasında səslənən şeirlər tədbiri daha da rövnəqləndirib.

"Gənclik” klubunda keçirilən daha bir tədbir sumqayıtlı şair Asif Asimanın yaradıcılığına həsr olunub. Tədbirdə şairin müxtəlif illərdə yazdığı şeirlər ifa olunub. Sonda şair Asif Asiman çıxış edərək tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və yaradıcılığı ilə bağlı verilən sualları cavablandırıb. Tədbirdə şairin qələm dostları da iştirak edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Noyabr 2019    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

KATEQORIYALAR