Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda yol infrastrukturu yenidən qurulur

Sumqayıtda yol infrastrukturu yenidən qurulur

Sumqayıt şəhəri yeni inkişaf mərhələsini yaşayır. Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı sayəsində şəhərdə kompleks yenidənqurma işləri aparılır.

AZƏRTAC xəbər verir ki, Sülh küçəsi boyunca "Göyərçin” abidəsinə doğru ümumi uzunluğu 3,2 kilometr olan avtomobil yolunda yenidənqurma işlərinin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Əraziyə xeyli texnika cəlb olunub. Burada əvvəllər mövcud olmayan səkilər də tikilib, qranit bardürlər düzülüb, suötürücü küvetlər qoyulub. Yolun hər iki tərəfində yaşıllıq salınıb, ağac və gül kolları əkilib, avtomat suvarma sistemi qurulub, müasir işıq dirəkləri quraşdırılıb. Küçə boyu tikilən istinad divarlarında müasirlik və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Sülh küçəsinə şəhərdə ilk dəfə olaraq 10 santimetr qalınlığında polimer asfalt örtüyü vurulur. Alman texnologiyası əsasında hazırlanan bu asfaltın özəlliyi yükgötürmə qabiliyyəti, elastikliyi və uzun müddət davamlı olmasıdır. Eni 14 metr olan Sülh küçəsinin hərəkət hissəsi yenidənqurmadan sonra 22 metrə çatdırılıb ki, bu da Bakı-Sumqayıt istiqamətində nəqliyyatın rahat və maneəsiz hərəkətinə şərait yaradır.

İşlər iyunun sonunadək yekunlaşacaq. Mikrorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunur. Hazırda 9-cu mikrorayon ərazisindəki bütün yaşayış binalarının həyətləri asfaltlanır.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR