Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Ankaranın Keçiörən rayon bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən 7-ci Beynəlxalq Ramazan Festivalı çərçivəsində Azərbaycan gecəsi təşkil olunub. Bu münasibətlə festivalın keçirildiyi sahədə qurulan "Azərbaycan evi”nin açılışı olub.

Səfirliyimizin əməkdaşlarının, Ankaradakı diplomatik nümayəndəliklərin rəhbərlərinin, QHT, KİV, ölkə ictimaiyyətinin təmsilçilərinin qatıldığı mərasimdə Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov da iştirak edib.

Keçiörən bələdiyyəsinin sədri Mustafa Ak, Türkiyə Prezidentinin Baş müşaviri Yalçın Topçu, Sumqayıt Bələdiyyəsinin sədri Sultan Əsədov və Ankaradakı səfirliyimizin müşaviri Ramil Qurbanov mərasimdə çıxış edərək Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıblar. Festivalda "Azərbaycan evi”nin qurulması iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinə nümunə kimi dəyərləndirilib.

Sultan Əsədov Keçiörən Bələdiyyəsi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib, bu əlaqələrin hər iki Bələdiyyə üçün faydalı olduğunu, əməkdaşlığın genişləndirilməsinin zəruriliyini qeyd edib. Ziyarətçilərə "Heydər Əliyev” və "İlham Əliyev” kitabları ilə yanaşı, "İrs-Miras” və "Diplo Atlas” jurnalları, Azərbaycan həqiqətlərini təbliğ edən digər əyani vəsaitlər hədiyyə olunub.

Gecə muğam qrupunun ifası ilə davam etdirilib. Əsl bayram coşqusunun yaşandığı gecədə əllərində iki qardaş ölkənin dövlət bayraqlarını dalğalandıran iştirakçılar Azərbaycan-Türkiyə qardaşlığına olan tükənməz sevgi və məhəbbətlərini müxtəlif şüarlarla ifadə ediblər.

"Yenisumqayit.az"

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO

Sumqayıt Bələdiyyəsinin sədri Beynəlxalq Ramazan Festivalında - FOTO





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

KATEQORIYALAR