Sumqayıtda hava

Manşet / Cəmiyyət

Azərbaycan ordusundan növbəti təlim - SUDA, QURUDA, HAVADA

Azərbaycan ordusundan növbəti təlim - SUDA, QURUDA, HAVADA

Azərbaycan ordusundan növbəti təlim - SUDA, QURUDA, HAVADA

Azərbaycan ordusundan növbəti təlim - SUDA, QURUDA, HAVADA

Silahlı Qüvvələrimizin iyunun 19-dan başlanan operativ-taktiki təlimləri davam edir.

Müdafiə Nazirliyinin məlumatına görə, yüksək döyüşə hazırolma səviyyəsinə gətirilən idarəetmə orqanları və qoşunlar mütəşəkkil və planlı qaydada yenidən qruplaşmanı həyata keçirərək cəmləşmə rayonlarına çıxarılır, aerodromlarda aviasiyanın, dənizdə isə gəmilərin dislokasiya yerləri dəyişdirilir.

Tədbirlərin vaxtında yerinə yetirilməsi və icrasına nəzarət müasir rabitə və müşahidə vasitələrindən istifadə edilməklə həyata keçirilir. Təlimlər iyunun 24-də yekunlaşacaq.

Bununla yanaşı olaraq, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq planına əsasən iyunun 20-dən "İŞIK-2016" beynəlxalq axtarış-xilasetmə təlimləri də başlayıb. Azərbaycan Hərbi Hava Qüvvələrinin 3 ədəd Mi-17 döyüş-nəqliyyat və 3 ədəd Mi-35 döyüş helikopteri müştərək təlimlərdə iştirak etmək məqsədilə Türkiyənin Konya şəhərində yerləşən aviabazaya gəlib. "İŞIK-2016" təlimləri iyunun 30-dək davam edəcək.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR