Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıt şəhər Bülbül adına uşaq incəsənət məktəbinin 45 illik yubileyi münasibətilə təntənəli tədbir keçirilib.

Tədbirdə məktəbin xalq çalğı alətləri orkestrinin və xalq çalğı alətləri ansamblının ifasında xalq və bəstəkar mahnıları, nağaraçalanlar ansamblının və xor kollektivinin çıxışı, tar, saz, fortopiano, skripka sinfi şagirdlərinin ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri, şagird və müəllimlərin solo ifası, rəqs şöbəsi şagirdlərinin ifasında Azərbaycan milli rəqsləri tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Məktəbin yetirməsi, Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Vasif Allahverdiyev, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Sumqayıt komitəsinin sədri, şair Əşrəf Şəfiyev çıxış edərək kollektivi təbrik edib, xoş arzularını çatdırıblar.

Tədbirdə məktəbin yarandığı gündən bu günə qədər olan fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki, məktəbin şagirdləri dəfələrlə beynəlxalq və ölkə miqyaslı müsabiqə və festivallarda uğurlu çıxışlar ediblər.

Sonda tədbir iştirakçıları məktəbin rəsm şöbəsi şagirdlərinin əl işlərindən ibarət sərgisi ilə tanış olub, yaradıcı gənclərə uğurlar arzulayıblar.

"Yenisumqayit.az"

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Sumqayıtın uşaq incəsənət məktəbi 45 illik yubileyini təntənə ilə qeyd etdi - FOTO

Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Aprel 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930

KATEQORIYALAR