Sumqayıtda hava

Manşet / Cəmiyyət

Sumqayıtda nə qədər əhali yaşayır? - RƏSMİ RƏQƏMLƏR

Sumqayıtda nə qədər əhali yaşayır? - RƏSMİ RƏQƏMLƏR

Sumqayıt şəhərinin ərazisi 94,7 kvadrat kilometr, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 3561 nəfər təşkil edir. Sumqayıt ölkənin başqa şəhərlərinə nisbətən əhalisi ən sıx olan şəhərdir. 2016-cı il may ayının 1-ə olan vəziyyətə görə şəhər əhalisi 337.2 min nəfər olub.

Xeberle.com-un məlumatına görə, bu rəqəmlər Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsinin 2016-cı ilin yanvar-aprel ayları ərzində şəhərin sosial-iqtisadi vəziyyətinə dair təhlilində yer alıb.

Qeyd olunur ki, şəhərin əhalisi 301,6, H.Zeynalabdin qəsəbəsinin əhalisi 22.3, Corat qəsəbəsinin isə 13,3 min nəfərdir və ötən ilin müvafiq dövrü ilə müqayisədə 38800 nəfər və ya 0,9 % artım olub.

Əhalinin tərkibinə gəldikdə isə 167,9 min nəfərin və ya 49,8 faizini kişilər, 169,3 min nəfərin və ya 50,2 faizini qadınlar təşkil edir. Bundan başqa şəhər ərazisində 52,9 min nəfərə yaxın qaçqın və məcburi köçkün məskunlaşıb. Sumqayıt şəhərinin əhalisinin 31 faizi 0-4 yaşında, 65 faizi 15-64 yaşda, 4 faizi isə 65 və yuxarı yaşda olanlardır.

Hesabat dövrü ərzində Sumqayıtda doğulanların sayı 1516 nəfər, ölənlərin sayı 575 nəfər olub.

"Yenisumqayit.az"





Xəbər lenti

Təqvim

«    İyun 2020    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

KATEQORIYALAR