Sumqayıtda hava

Elan

Sumqayıtda VAKANSİYA - PLANLAMA MÜHƏNDİSİ

Vakansiya: PLANLAMA MÜHƏNDİSİ

İş Yeri: Glass Tech (Sumqayıt)

İş barədə məlumat

- Sumqayitda yerləşən şüşə emalı fabrikinə planlama mühəndisi tələb olunur

- Layihə üzrə görülən işlərin günlük, həftəlik, eləcədə dövri istehsal planının tərtib edilməsi və MS Project proqramına daxil edilməsi

- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb lazımi instansiyalara ötürülməsi

- Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi

- Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün istehsalat növbə rəisi ilə müzakirələr aparmaq

- Gecikən işlərin yenidən planlanması

- Bütün layihələrin plan qeydiyyatı və plan üzrə işlərin görülməsinə nəzarət

- Görülən işlərə dəyən ziyanın müəyyən edilməsi və aktların hazırlanması

- İstehsal və satışın balanslaşdırılması: ötən il, rüb və ay satışına nəzərən müvafiq olaraq növbəti il, rüb və aylıq istehsal proqnozununun verilməsi

- Təsdiqlənmiş plana əsasən nəzərdə tutulan istehsalın problemsiz və intensiv həyata keçirilməsi üçün xammal stokunun yaradılması və minimum stok nəzarəti

- Dövri olaraq İstehsalat növbə rəisi və Satış müdiri ilə toplantılar təşkil etmək, yaranmış problemləri təsbit etmək və həlli yollarının müzakirəsi

- Vəzifə təlimatında göstərilmiş digər öhdəliklərin yerinə yetirilməsi

- İş saatları: həftədə 6 gün 08:00 - 19:00

Namizədə tələblər

- Sumqayit şəhərində yaşamalı

- Mexaniki mühəndislik və ya ona bərabər dərəcə

- Vəzifəyə uyğun sahədə ən az 3 il iş təcrübəsi

- MS Office, MS Project və Autocad proqramları biliyi

- İngilis və rus dillərində (ümümi və texniki sahədə) yaxşı biliyi olanlara üstünlük verilir.

- Problem həll etmə, qərar qəbuletmə qabiliyyəti, analitik düşünmə qabiliyyəti

- İşgüzar ünsiyyət bacarığı

- Yaş həddi 20-35 yaş

- Komandada işləmə bacarığı

Sumqayit şəhərində yaşamayanlar xahiş edirik müraciət etməsin.

Əmək Haqqı: 400-600 manat

Email: info@glasstech.az





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR