Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıtda iftar süfrələri təşkil olunub

Sumqayıtda iftar süfrələri təşkil olunub

Sumqayıtda iftar süfrələri təşkil olunub

"Azərikimya" İB-nin təşkil etdiyi ifrar süfrələri hər il yüzlərlə insanı bir araya gətirir.

On bir ayın sultanı adlandırılan Ramazan ayında oruc tutmaqla yanaşı, kasıb və imkansız şəxslərə yardım etmək Uca Allah tərəfindən bəyənilən əməllərdən olmaqla, müsəlmanlara vacib buyurulub. Bu baxımdan "Azərikimya”nın şəhid ailələri, əlillər, müharibə veteranları, qaçqın və məcburi köçkün ailələri və xüsusi imtiyazlı şəxslər üçün təşkil etdiyi iftar süfrələri həm xeyirxahlıq missiyası, həm də savab əməl kimi böyük əhəmiyyət kəsb edir. Bu günə kimi "Azərikimya” İB-nin maddi dəstəyi ilə şəhərimizdəki bir sıra mikrorayon və məhəllələrdə aztəminatlı ailələr üçün təşkil olunan belə iftar süfrələri yüzlərlə insanı bir araya gətirib.

İtar süfrələrinin təşkilində Respublika Qızıl Aypara Cəmiyyəti Sumqayıt şəhər bölməsinin könüllülərinin də böyük zəhməti olub.

İftarda iştirak edən insanlar tədbirin təşkilatçılarına minnətdarlıqlarını bildirib, bərabərlik və paylaşma ayında onlarla bir yerdə olduqlarından məmnunluq hissi keçirdiklərini dilə gətiriblər.

Qeyd edək ki, hər birində yüzlərlə insanın iştirak etdiyi iftar süfrələri "Azərikimya” İB tərəfindən Ramazan ayının sonuna qədər davam etdiriləcəkdir. Fürsətdən istifadə edərək, şəhərimizdəki digər idarə və müəssisələri, iş adamlarını, imkanlı şəxsləri bu müqəddəs aksiyaya, xeyirxah əmələ qoşulmağa dəvət edirik.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2019    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR