Sumqayıtda hava

Manşet, Cəmiyyət

Hərbi hissədə bayram tədbiri - FOTOLAR

Hərbi hissədə bayram tədbiri - FOTOLAR

Hərbi hissədə bayram tədbiri - FOTOLAR

Hərbi hissədə bayram tədbiri - FOTOLAR

26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə "Vətənin müdafiəsindəyəm” adlı bədii-əyləncəli bayram tədbiri təşkil olunub.

Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Mübariz Bəşirov Ümummilli Lider Heydər Əliyevin möhkəm iradəsi sayəsində 1994-cü ildə ölkədə atəşkəsə nail olduqdan sonra ordu quruculuğu, hərbi sənayenin inkişafı, gənc zabitlərin yetişdirilməsi istiqamətində əvəzssiz gördüyü işlərdən danışıb. O, ölkə başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində dövlətimizin etibarlı müdafiəsinin təmin olunması, Azərbaycan Ordusunun regionun ən güclü ordusuna çevrilməsi ilə bağlı ətraflı məlumat verib, Silahlı Qüvvələr günü münasibəti ilə şəxsi heyyəti Sumqayıt gəncləri və idman ictimaiyyəti adından təbrik edib.

Böyük vətən müharibəsinin iştirakçısı, şəhər Veteranlar Şurasının fəxri veteranı Mirməhəmməd Əliyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sumqayıt şəhər şöbəsinin sədr müavini Zəkəriyyə Rəhimov çıxışlarında Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son aprel döyüşlərində rəşadətli Azərbaycan ordusunun düşmənə layiqli cavab verərək bir sıra yaşayış ərazilərini və yüksəkliyi azad etməsini qeyd ediblər.

Hərbi hissə komandiri Fərman Hümbətov hərbi hissəyə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, dövlətin etimadını bundan sonra da layiqincə doğruldacaqlarını vurğulayıb.

Tədbirin bədii hissəsində gənc müğənnilər İlkin Əlizadə, Zaur Yusifli, meyxana ustaları Ehtiram Sumqayıtlı və Elnur Ağdamlı, Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin "Ümid” rəqs qrupu maraqlı musiqi nömrələri ilə çıxış ediblər.

Sonda hərbi hissəyə Baş İdarənin hədiyyələri təqdim edilib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR