Sumqayıtda hava

Manşet, Cəmiyyət

Sumqayıt Dövlət Universiteti məzunlarını uğurladı - FOTOLAR

Sumqayıt Dövlət Universiteti məzunlarını uğurladı - FOTOLAR

Sumqayıt Dövlət Universiteti məzunlarını uğurladı - FOTOLAR

Sumqayıt Dövlət Universiteti məzunlarını uğurladı - FOTOLAR

İyunun 29-da Sumqayıt Dövlət Universitetində "Məzun günü” qeyd edilib.

Tədbiri rektor, professor Elxan Hüseynov açaraq məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Rektor çıxışında Ümummilli lider Heydər Əliyevin müasir müstəqil Azərbaycan dövlətinin qurulmasında, inkişafında əvəzsiz tarixi xidmətlərindən danışaraq bildirib ki, Azərbaycan təhsili bütün dövrlərdə dövlətin diqqət və qayğısını hiss edib. Prezident cənab İlham Əliyev hər zaman elm, təhsil sahəsinə diqqət və qayğı göstərir. Azərbaycan bu gün dinamik və hərtərəfli inkişaf edir. Bunun nəticəsidir ki, Azərbaycan təhsili dövlət başçısının müəyyənləşdirdiyi siyasətə uyğun yol ilə irəliləyir. Bu isə təhsilin dövlət siyasətinin əsas prioritetlərindən biri olması ilə bağlıdır. İnanırıq ki, həyata keçirilən islahatlar nəticəsində təhsil sahəsində ölkəmiz dünyanın ən qabaqcıl dövlətləri ilə rəqabət apara biləcəkdir. Şəhərimizin yeganə ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universiteti də hər zaman olduğu kimi, ölkəmizin inkişafına əzmlə xidmət göstərir. Universitetimizin hazırkı inkişafı əvvəlki illərdən xeyli fərqlənir. Onun maddi-texniki bazasının möhkəmləndirilməsi, kadr potensialının inkişafı, təhsilin və nizam-intizam səviyyəsinin yüksəldilməsi, imtahanlarda şəffaflığın təmin edilməsi, o cümlədən, əməkdaşlarımızın maddi rifah halının yaxşıladırılması istiqamətində uğurlu işlər həyata keçirilir. SDU bir çox beynəlxalq layihələrə imza ataraq əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırıb, mükəmməl ali təhsil müəssisə modelini yaradıb.

Rektor, universitetin 2015-2016-cı tədris ilindəkı nailiyyətlərindən bəhs edərək bildirib ki, cari tədris ilində universitetdə bakalavr və magistratura pillələri üzrə yüzlərlə gənc öz ali təhsilini başa vurub. Rektor məzunlara ən xoş arzularını çatdırıb.

Fəlsəfə və hüquq kafedrasının müdiri professor Həsən Sadıqov, məzun Səma Əsədova, valideyn Azadi Süleymanov də ürək sözlərini söyləyərək məzunları təbrik edib, onlara uğurlar arzulayıblar.

Sonra məzunlara fəxri fərman və diplomlar təqdim edilib. Tədbir konsert proqramı ilə davam edib.

"Yenisumqayit.az"





Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    Oktyabr 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 

KATEQORIYALAR