Sumqayıtda hava

Manşet, Faydalı

FİTRƏ ZƏKATI necə verilir, kimə verilir, nə zaman verilir? - VİDEO

FİTRƏ ZƏKATI necə verilir, kimə verilir, nə zaman verilir? - VİDEO

Bismilləhir-Rəhmanir-Rəhim

Həmd və səna olsun bizi Ramazan ayına yetişdirənə, bizə oruc tutmağı nəsib edənə. Şükürlər olsun Uca Rəbbimizə ki, bizim üçün müqəddəs və mübarək aylar təyin edib. Salat və salam olsun Onun Rəsuluna (s.a.s), həmçinin Onun (s.a.s) ailəsinə, yaxınlarına və səhabələrinə.

Əziz və hörmətli müsəlmanlar! Ramazan ayının bitməsinə çox az bir müddət qalıb. Bu mübarək ayda kimlərinsə keçmiş günahları bağışlandı, kimlərsə Cəhənnəm əzabından qurtuldu, kimlərsə də bu aydan qənimətsiz və faydasız olaraq çıxacaqlar. Ramazan ayında oruc tutmaqla bərabər, namazlarımızı və başqa ibadətlərimizi də artırırıq, kasıblara və kimsəsizlərə əl tuturuq, sədəqə veriririk, Quran oxuyurq. Ramazan ayında bu kimi əməllərimizi çoxaldırıq, Allahu Təalaya daha da yaxın olmağa çalışırıq. Bunlar isə bizə Peyğəmbərimizdən (s.a.s) və Onun səhabələrindən miras olaraq qalmışdır, biz də onlar kimi bu mübarək aydan səmərəli istifadə etməyə çalışırıq. Ramazan ayında görülməsi gərəkən bir sıra əməllər vardır ki, bu əməllərdən Ramazan ayını başqa əməllərdən fərqləndirir. Ramazan ayında bizə vacib olan fitrə-zəkatı da vardır ki, bunu hər bir oruc tutan müsəlman verməlidir.

Zəkat iki qismə bölünür:

1) Fitrə zəkatı. Bu zəkat Ramazan ayının son iki günündən başlayaraq bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir. Bu zəkatın miqdarı təqribən üç kiloqramdır.

2) Varlıların öz mallarından verdikləri zəkat.Söhbətimiz əsasən fitrə zəkatındandır. Fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Bu zəkatı vermək fərzdir. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, "Peyğəmbər (səllallahu aleyhi və səlləm) camaat bayram namazına gələnə qədər xurma və ya arpadan bir saa (dörd ovuc) miqdarında fitrə zəkatı verməyi müsəlmanlardan azad və qul olana, kişiyə və qadına, uşağa və böyüyə vacib buyurdu." (Bu hədisi Buxari və Muslim rəvayət edib).

Bəzilərimiz fitrə zəkatının pulla verilə biləcəyini düşünürlər. Fitrə zəkatı pulla verilmir. Fitrə zəkatı un, xurma, kişmiş, düyü, buğda və başqa bu kimi ərzaq məhsullarından verilir.

Həmçinin fitrə zəkatını qeyri müsəlmanlara vermək olmaz. Çünki fitrə zəkatının məqsədlərindən biri də bayram günü müsəlman kasıbları sevindirməkdir.Allah oruclarınızı və bütün ibadətlərinizi qəbul etsin!

azerislam.com

Dəyərli oxuyucular. Fitrə zəkatı barədə müxtəlif görüşlər olduğundan Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsinin mövqeyini də aşağıdakı videoda təqdim edirik. Doğrusunu Allah bilir.

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Never thought that I'd say wish I didn't love you ever
-----

lukebryan2017tour.com/
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

KATEQORIYALAR