Sumqayıtda hava

Hadisə

Sumqayıtın “Real” Tibb Mərkəzində övladı ölən ata həkimi günahlandırır

Sumqayıtın “Real” Tibb Mərkəzində övladı ölən ata həkimi günahlandırır

Sumqayıtın “Real” Tibb Mərkəzində övladı ölən ata həkimi günahlandırır

İyunun 30-da Sumqayıt şəhərindəki "Real” Tibb Mərkəzində 3 yaşlı Arzu Qurbanlı boğaz və burun əməliyyatından sonra dünyasını dəyişib. Qubadlı rayonundan məcburi köçkün olan Arzu Qurbanlının ailəsi 8-ci mikrorayonda yerləşən 46 saylı bağçada məskunlaşıb. Uşağın atası Sənan Qurbanlı övladının ölümündə "Real” Tibb Mərkəzinin həkimi İlham Ağayevi günahlandırır.

Bu barədə Meydan TV-yə danışan ata deyir ki, uşağın boğazında ət vardı, tez-tez özünü narahat hiss etdiyindən "Real” Tibb Mərkəzində həkim İlham Ağayevin yanında aparıblar:

"Həkim kəsdirməyi məsləhət görəndə, havaların isti olmasını və uşağın yaşının az olmasını söylədim. Problemin olmayacağını dedi. Həm də burnunun arxasında da ət olduğunu və bu səbəbdən yatanda xoruldadığını bildirdi. Aparata saldı, məlum oldu ki, burunun nəfəs gələn hissəsinin dörddə üç hissəsi tutulub. Onda həkim dedi ki, boğazla burnunu bir yerdə əməliyyat etdirək və tapşırdı ki, səhər tezdən gəlib analizləri verək. Hər şey qaydasında olarsa, əməliyyat edəcək. İyunun 30-da analizləri verdik, hər şey qənaətbəxşdi, sadəcə, ürəyin döyüntüləri normadan bir az çox idi. Bəlkə həyəcan idi, bilmirəm. Ona görə ikinci dəfə kardioqramma etdirdik, amma yenə döyüntülərin bir az çox olduğunu göstərdi. Onda həkimə dedim ki, bəlkə payıza qədər gözləyək və ürəyini bir daha yoxladarıq. Əvvəl razılaşsa da, sonra dedi ki, nəticəni həkim yoldaşına göstərsin. Ürəyin kardioqrammasını həkim yoldaşına göstərdi, o da dedi ki, bu, əməliyyatöncəsi normal haldır və əməliyyat üçün heç bir problem yoxdur. Həkim mənim həyəcanlı olduğumu görəndə, heç bir problem yaşanmayacağını dedi. Beləliklə, klinikaya 322 manat ödədik və uşağı götürdülər”.

Sənan Qurbanlı bildirdi ki, qızını günorta saat 1-də əməliyyata salıblar. Əməliyyat uzun çəkməyib:

"Saat 3 radələrində uşaq gözünü açsa da, tam ayıla bilmədi. Dünyasını dəyişənə qədər ayıla bilmədi, yalnız gözünü açıb-bağlayırdı. Saat 4 radələrində bir az süd və yoqurt veriblər. Saat 6-da yoldaşım zəng etdi ki, Arzunun vəziyyəti ağırlaşıb. Mən də həkimlə əlaqə saxladım, o da dedi ki, iş vaxtı saat 6-da bitdiyindən evdədi və uşağa baxıb sonra klinikanı tərk edib. Onda həkim İlham Ağayevlə bir az mübahisəmiz oldu və həkim klinakaya qayıtdı, məlum oldu ki, uşağın ürək döyüntüləri 180-ə qalxıb. Oksigen verəndən sonra uşağın vəziyyəti bir az normallaşdı. Bundan sonra İ.Ağayev yenə evinə gedib. Saat 9-da yoldaşım zəng etdi ki, uşağın vəziyyəti yenidən pisləşib və mən də getdim klinikaya, həkim də ordaydı. Dörd-beş həkim vardı, uşağın ürəyini masaj etsələr də, övladım gözümün qarşısında öldü”.

S.Qurbanlı deyir ki, həkimlər ona uşağının ürəyinin tab gətirmədiyini deyiblər:

"Ancaq mən narkozun çox verildiyini düşünürəm, yaxud kardioqramanın nəticəsilə əməliyyat etmək olmazdı. Çünki ürək döyüntüləri çox idi. Həkim bəzi media orqanlarına uşağın yeməyini qaytardığını və yeməyin nəfəs borusuna düşdüyü üçün öldüyünü iddia etsə də, razılaşmıram. Çünki həmin gün Arzu heç nə yeməmişdi. Çox təəccüblüdür ki, həkim mətbuata ekspertizanın cavablarından danışır, amma 3 gün keçməsinə baxmayaraq bizə ekspertizanın cavablarını vermirlər. Həkim elə ekspertizaya əsasən deyir ki, qida nəfəs borusunu tutub və ölüb, yəni əməliyyatlıq heç nə yoxdur”.

S.Qurbanlı Respublika Prokurorluğuna və Səhiyyə Nazirliyinin yerli şöbəsinə şikayət etdiklərini dedi:

"Mənə dedilər ki, Sumqayıt Şəhər Prokurorluğu cinayət işi açıb, ancaq gəlib dindirmə aparmayıblar. Təəssüf ki, indiyə qədər müvafiq qurumlar hadisənin necə olması barədə soruşmayıblar. Qızım öləndə klinikanın rəhbərliyindən bir nəfər qarşımıza çıxmadı, heç kim yox idi, indiyə qədər Səhiyyə Nazirliyinin bir rəsmisi belə bizimlə əlaqə saxlamayıb”.

Həkim İ.Ağayev Meydan TV-yə bildirib ki, o, əməliyyatdan çıxanda uşağın durumu normal olub:

"Əməliyyatın sonunda uşağa "Natriy-xlor" verilib, ağzından qan da gəlməyib. Məndən sonra da narkoz həkimi uşağı nəzarətdə saxlayır, bu, qaydadır. Bundan sonra uşaq palataya keçirilib və anası yanında olub. Bu müddətdə mən, tibb bacısı və anestezioloq uşağa baş çəkmişik. Bütün bu proses anasının yanında olub, uşaq da aydın şəkildə danışırdı, əməliyyatdan 5 saat sonra, saat 6-da klinikanı tərk etmişəm. Həmin müddətdə uşağa süd və yoqurt verilib. Saat 8-də növbətçi həkimə zəng etdim, uşağın vəziyyətinin normal olduğunu dedi. Saat 21.13-də mənə zəng etdilər ki, uşağın durumu ağırlaşıb, gəldim növbətçi həkimlə yardım etdik. Ona qədər uşaq qaytarmışdı”.

İlham Ağayev bildirdi ki, uşağın ölümünün əməliyyatla bağlılığı yoxdur, çünki qanaxma olmayıb:

"Fakt budur ki, anası da yanında idi. Düzdür, ürək döyüntüləri olub, amma bu, həyacandan da mümkündür. İstənilən adam həyəcanlananda ürəyi döyünür və həkimə müraciət edir. Bu məsələləri anestezioloq İsmayıl həkimə də demişdim, o da müayinə edib və əməliyyata götürüb”.

"Yenisumqayit.az"





Цитата
  • Группа: Qonaq
  • ICQ:
  • Регистрация: --
  • Статус:
  • 0 комментариев
  • 0 публикаций
^
Just believe in destiny
-----

luke bryan concert tour 2017
Ən son və doğru xəbərlər

Xəbər lenti

Təqvim

«    İyun 2017    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 

KATEQORIYALAR